10 iyl 18:56hadise

73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLAR

73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLARŞirvan şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsi, ev 13-də yaşayan 1947-ci il təvəllüdlü Səmədova Tamilə Salah qızı gəlini və nəvəsi, nəvəsinin həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb.

T.Salahovanın Bakıda yaşayan qız nəvəsi Avrasiya.net-ə bildirib ki, iki ildir nənəsinə zülm ediblər: “Xəbərimiz olmayıb, nənəm başına gətirilənləri hamıdan gizlədib. İstəməyib ki, çamaat bilsin. Bu günlərdə xəbər tutmuşuq ki, ona zülm edilib”.

Nəvəninin dediklərinə görə, dayısı Nizami Səmədzadə 2005-ci il fevralın 11-də dünyasını dəyişib: “İki il olar ki, dayım oğlu Kənan evləndikdən sonra nənəmin adına olan evi ələ keçirmək üçün onun başına belə müsibətlər açıblar ki, ölümü tezləşsin və evi satıb şəhərin mərkəzinə köçsünlər”.

Nəvə onu da bildirib ki, nənəyə Skladol adlı narkotik tərkibli dərman içirdiblər, onu döyüblər, hətta saçından tutub sürüyüblər: “Nənən parkision xəstəsidir, günlərlə ac saxlanılıb, ancaq pomidor və çörək qoyublar qabağına. Nəvəsi Kənan ayaqlarının üstünə çıxıb, dabanları ilə onun ayaqlarını əzib. Hətta bir dəfə dayımın arvadı Ağça nənəmi saçından tutub dəhlizdən otağına kimi süryüb. Kənan da orada onun ağzına yastıq basıb ki, boğsun. Nənəm qışqırıb ki, öldür məni, boğ məni. O zaman qorxub, çəkilib kənara. Kənana yoldaşı Sevər də nənəmin çarpayısını aşırıb yerə ki, canın çıxsın yığ. Nənəm tək qalıb orada, özləri isə yemək yemək üçün aşağı düşüblər. Nənəmin ayağlarında qançır izləri də elə oradan yaranıb”.

Nənəyə edilən zülmün üstünün açıldığına gəlincə, nəvə deyib ki, nənə xalam oğluna xəbər göndərib ki, gəlib onu aparsınlar: “Xalam oğlu maşın tutub nənəmi aparıb evlərinə. Xalam onu çimizdirəndə bədənində, ayağında qançırların izini görüb. Nənəm əvvəlcə ona verilən işgəncələri gizlətmək istəyib. Sonradan hər şeyin üstü açılıb...”

Hazırda işgəncələrə məruz qaldığı iddia olunan Səmədova Tamilə Salah qızı Bakıda yaşayan qızının evindədir.

Nəvənin saytımıza açıqlamaları da nənənin qızlarına dediklərindəndir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLAR
73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLAR
73 yaşlı nənə amansızcasına döyülüb - FOTOLAR
XƏBƏR LENTİ
12-08-2020, 15:53

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.