10 iyl 21:32dunya

Bir qrup vətən xaini Almaniyada Azərbaycana qarşı aksiya təşkil edib

Bir qrup vətən xaini Almaniyada Azərbaycana qarşı aksiya təşkil edibAzərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində əldə olundu.

Bu siyasətin uğurla inkişafını isə Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirməkdədir!
Azərbaycan iqtisadiyyatı son illərdə özünün keyfiyyətcə yeni və həlledici mərhələsinə qədəm qoymuş, bir sıra sahələrdə kardinal islahatların aparılmasına siyasi, hüquqi və maddi zəmin hazırlayıb. Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsinin hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması möhtərəm Prezidentimiz İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşünə, çevik idarəçilik məharətinə, güclü əzm və qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir. Xaql bunu görür və öz liderinə daima dəstək və arxa durur..!

Amma, əfsuslar olsun ki, Azərbaycanın suyunu içib, çörəyini yeyən və Avropada AntiAzərbaycan fəaliyyəti ilə məşğul olan bəzi üzdən iraq insanlar var. Rerdaksiyamız zaman zaman bu insanların əsl simasını ortaya qoyub.

Heç sübhəsiz ki, xalq da bu insanları çox yaxşı tanıyır..!
İyulun 9-da Almaniyada Azərbaycan səfirliyi qarşısında Azərbaycan dövlətinə, hakimiyyətinə qarşı təhqirlər və hədyanlar səsləndirən Aqil hüseynovlar, Elnur mirzəyevlər, Məmməd qarayevlər, Alış abdullayevlər, Tural sadıqlılar, Azər kazımzadələrin milli kimlikləri hər kəsə məlumdur. Bu yığıncağın tamadası Məmməd Qarayevin qaranlıq keçmişi var. Alış Abullayev isə özünü Kanal 13-ün jurnalisti kimi Avropaya sırımışdır. Tural Sadıqlı isə xarici qrantlardan ötrü milli kimliyini unutmuş dələduzdur. Azər Kazımzadə deparatçılığı ilə Azərbaycana düşmən mövqeyini sərgiləyən bir ünsürdür. Bu aksiyanın təşkilatçıları DAS adlı AntiAzərbaycan təşkilatında birləşərək, hər fürsətdə Azərbaycana qarşı olan ksmpaniyaların önündə gedirlər..

Aqil Hüseynov vaxtı ilə vətəndaşları müxtəlif yollarla aldadaraq onların pullarını mənimsəmiş və daha sonra məsuliyyətdən yayınmaq üçün Avropaya sığınıb. Bu şəxs Azərbaycanda dələduzluq etdiyi azmış kimi, Avropada da vətəndaşlardan pul yığmağa, dəstək almağa çalışır..! DAS təşkilatının mühasıbı kimi tanınır.

DAS təşkilatının rəhbərlərindən olan Elnur Mirzayevin dələduzluqları haqqında da Azərbaycan cəmiyyəti kifayət qədər məlumatlıdır. Bu adamın Azərbaycanda sənədlərin saxtalaşdırılması, qeyri qanuni fəaliyyətləri haqqında kifayət qədər məlumatlar vardır. Hətta bu dələduz Belçika dövlətindən rədd cavabı aldıqdan sonra Almaniyaya sığınıb və orada öz əxlaqsız əməllərini davam etməkdədir.!

Artıq Azərbaycan hüquq-mühafizə orqanları bu vətən xainlərinin fəaliyyəti haqqında xəbərdardılar və lazım olan bütün hüquqi addımlar atılıb. Belə vətən düşmənləri tezliklə qanun qarşısında cavab verməli olacaq və məsuliyyətdən yayına bilməyəcəklər və layiqli şəkildə cəzalandırılacaqlar!

Tərlan Novruzov
XƏBƏR LENTİ
12-08-2020, 15:53

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.