Sizin Reklam Burada

Parlamentin komitə sədrləri xidməti avtomobillərlə TƏMİN EDİLDİ

Parlamentin komitə sədrləri xidməti avtomobillərlə TƏMİN EDİLDİVI çağırış Milli Məclisin komitə sədrləri xidməti avtomobillərlə təmin edilib.

“Report”un əldə etdiyi məlumata görə, V çağırış Milli Məclisin komitə sədrlərinin bir neçəsinin avtomobili yeni seçilən komitə sədrlərinə verilib.

Məlumatı V çağırış Milli Məclisin Elm və təhsil komitəsinin sədri, hazırkı deputat İsa Həbibbəyli təsdiqləyib.

O bildirib ki, bir qayda olaraq keçmiş komitə sədrləri xidməti avtomobillərini hazırkı komitə sədrlərinə təhvil verirlər:

“Mən də öz xidməti avtomobilimi indiki komitə sədri Bəxtiyar Əliyevə təhvil verdim”.

Milli Məclisin komitə sədrləri aşağıdakılardır:

1.Milli Məclis sədrinin I müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri – Əli Hüseynli;

2. Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri – Fəzail İbrahimli;

3. Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri - Аdil Əliyev;

4. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;

5. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev;

6. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev;

7. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc;

8. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov;

9. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;

10. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov;

11. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev;

12. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov;

13. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа;

14. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva;

15. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov.

Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyib. Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər