10 iyl 13:31dunya

Hindistan – Pandemiya dövründə həssas əhali qrupuna dəstək olmaq

Hindistan – Pandemiya dövründə həssas əhali qrupuna dəstək olmaqHindistan Səfirliyinin mənbələrinə əsasən, ölkə Baş nazir Şri Narendra Modinin rəhbərliyi ilə pandemiyanın təsirinə ən çox məruz qalmış kasıb və həssas əhali qrupuna kömək məqsədilə müxtəlif təşəbbüslər həyata keçirdi. Hökümət tərəfindən maliyyə xidmətlərinə çıxış imkanlarının mövcudluğu və bərabərliyi üzrə milli missiya kimi “Pradhan Mantri Jan-Dhan Yojana (PMJDY)” adlı maliyyə proqramı vasitəsilə yoxsul ailələrin bank hesablarına 4,2 milyard ABŞ dolları köçürməklə, maddi rahatlıq təmin edildi. Baş nazirin yoxsullar üçün qida təhlükəsizliyi üzrə tədbirlər planı olan “Pradhan Mantri Garib Kalyan Anna Yojana (PMGKAY)” adlı rifah proqramının müddəti 2020-ci ilin noyabr ayının sonunadək uzadıldı. Ümumilikdə 20 milyard ABŞ dolları dəyərində olan bu proqramın müddətinin uzadılmasının təxminən 12 milyard ABŞ dolları dəyərində məsrəfinin olması gözlənilir. 6.7 milyard ABŞ dolları kasıb əhali qrupu üçün iş imkanlarının yaradılması məqsədilə xərcləndi. 5 ay ərzində təxminən 80 milyon ailə pulsuz qaz balonları və qida ilə təmin olundu.

Fermerlərə və kənd təsərrüfatına birbaşa dəstək məqsədilə 56.3 milyard ABŞ dolları dəyərində olan kreditlər 30 milyon ailə arasında üç aylıq kredit moratoriumu ilə verildi. Mart-aprel aylarında kənd təsərrüfatı sahəsində 11,6 milyard ABŞ dolları təsdiqləndi. Miqrantlara və fermerlərə dəstək məqsədilə 35 milyard ABŞ dolları dəyərində pulsuz ərzaq taxıl paylandı, münasib qiymətləri olan kirayə mənzil kompleksləri yaradıldı, faizsiz kreditlər verildi, küçə satıcıları üçün xüsusi kredit imkanları yaradıldı, 25 milyon fermerə güzəştli kreditin artırılması təsdiqləndi.

Kənd təsərrüfatı sahəsini dəstəkləmək üçün 10 milyard ABŞ dolları dəyərində olan “Minimum Dəstək Məbləği (MSP)” nin də daxil olduğu bir sıra əlavə tədbirlər görüldü. Karantin zamanı südə olan tələbat azaldığı üçün 1,1 milyard litr artıq süd istehsal olundu, 2020-21-ci illər üçün süd kooperativlərinə illik 2% -lə faiz subvensiyasını təmin edən yeni bir plan tətbiq olundu; kənd təsərrüfatını dəstəkləmək məqsədilə bir sıra layihələr və fondlar yaradıldı. Buna misal olaraq fermerlər üçün kənd təsərrüfatı məhsullarını birbaşa istehlakçıya satan satış infrastrukturu kimi 3,4 milyard ABŞ dolları dəyərində Kənd Təsərrüfatı Fondu, 2.7 milyard ABŞ dolları dəyərində balıqçılar üçün layihə, ayaq və ağız xəstəlikləri üçün 1.8 milyard ABŞ dolları dəyərində Milli Heyvan Xəstəliklərinə Nəzarət Proqramı, 150 milyard ABŞ dolları dəyərində Heyvandarlıq İnfrastruktur İnkişaf Fondu, bitki becərilməsinin təşviqi üçün 40 milyard ABŞ dolları dəyərində olan layihə kimi bir çox layihələri göstərmək olar.

Muzdla işləyən işçilərə və şəhər yoxsullarına dəstək olmaq məqsədilə Hökumət miqrantları sığınacaq və lazımi əşyalarla təmin etmək üçün ştatların tərkibində fəaliyyət göstərən Fəlakətlərə Qarşı Mübarizə Fondundan istifadə etmək barədə ştatlara icazə verdi. Bundan əlavə, Hökümət bir neçə addım atdı. Buna misal olaraq karantin zamanı sığınacaq evlərin sakinləri üçün gündə 3 dəfə yemək verilməsi, 7200 ədəd yeni “özünə yardım qrupun (SHGs)” yaradılması və bu qrupların maska ​​və dezinfeksiyaedici məhsulları istehsal etməsinə dəstək verilməsi üçün edilən bir sıra tədbirləri misal gətirmək olar. Geri dönən miqrant işçilər 1,3 milyard ABŞ dolları xərcləməsi ilə 146.2 milyon adam iş günü ilə təmin edildi, 23.3 milyon muzdla işləyən insana iş təklif edildi.

Orta müəssisələrin inkişafına təkan vermək üçün mikro-kiçik və orta sahibkarlıq müəssisələrinə 40,2 milyard ABŞ dolları dəyərində təminatsız avtomatik kreditlər verildi. Mikro-kiçik və orta sahibkarlıq müəssisələrini daha çox köməklik göstərmək üçün maliyyə və yeni bazarlara çıxış təmin etməklə mikro-kiçik və orta sahibkarlıq müəssisələrinin tərifi və meyarlarına yuxarıya doğru yenidən baxıldı. İslahat hazırkı tələblərə yerinə yetirmək üçün istehsal və xidmət müəssisələrinin ayrılması ilə nəticələndi.

Minimum əmək haqqı və əmək haqqının vaxtında ödənilməsi hüququnu təmin edən işçilərə yardım etmək üçün əmək məcəllələrinə yenidən baxıldı və minimum əmək haqqındakı fərqi azaltmaq üçün “Milli Minimal Səviyyə Əmək Haqqı” anlayışı tətbiq olundu. Uzadılan işçi ştat siğortası (ESI) 10 və daha çox işçisi olan bütün müəssisələri və təhlükəli sənayedə işləyən işçilər üçün təmin edilən məcburi işçi ştat siğortasını əhatə edir. Sərbəst iş sahibləri üçün Sosial Təminat Fondu tərəfindən yemək və digər zəruri tədarüklər təmin olundu. Davam edən pandemiya dövründə Hindistana geri dönən ixtisaslı hindistanlılar üçün ən yaxşını etmək məqsədilə Hökumət geri dönən vətəndaşların bacarıqlarının vizual təqdimatı təcrübəsini aparmaq istiqamətində yeni bir təşəbbüs irəli sürdü.

Baş nazir 30 iyun tarixində Hökumət tərəfindən yoxsullara və ehtiyacı olanlara dəstək olmaq məqsədilə növbəti tədbirlərin görülməyə davam etdiriləcəyini söylədi. İqtisadi fəaliyyətlər də artırılacaq. Vətəndaşları yerli istehsal olunan məhsullara dəstək olmağa çağıran Baş nazir Aatmanirbhar Bharatın (Özünə güvənən Hindistan) qurulması üçün çalışacağını vəd etdi.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.