“Biz bu virusla yaşamalı olacağıq” - İlham Əliyev"Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq".

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Signify” şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri ilə keçirdiyi videokonfrans zamanı səsləndirib.

Dövlət başçısı bildirib ki, bu ehtiyat tədbirləri artıq bizim həyatımıza çox uzun müddətə daxil olub: "Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var. Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib".
Nazirlikdə yoxlamalar başladı - Əbülfəs Qarayev də həbs oluna bilərDTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra nazir Əbülfəs Qarayevin yaxın müddətdə vəzifəsindən uzaqlaşdırılacağı ehtimalı kifayət qədər yüksək idi. Gözlənilən oldu və ölkə başçısı Qarayevi nazir postundan azad etdi.

Mayın 21-də Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb. O, nazirliyin rəhbər şəxsləri, şöbə müdirləri və bəzi əməkdaşları ilə vida görüşü keçirib. Sabiq nazir bütün kollektivi bir araya toplamağa ehtiyac görməyib.

“AzPolitika.info”-ya nazirlikdəki mənbələrdən daxil olan məlumata görə, Ə.Qarayevin işindən ayrılmasından sonra Mədəniyyət Nazirliyində total yoxlamalar başlayıb. Məlumatda nazirlikdə eyni zamanda bir neçə qurumun araşdırmaya başladığı bildirilir.

Yoxlamalar Mədəniyyət Nazirliyinin maliyyə işlərindən, mühasibatlığından tutmuş struktur bölmələrinin işinə qədər bütün idarəetmə sistemini əhatə edir.

Xatırladaq ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət və korrupsiya əməllərində ittiham olunur.

İstintaq araşdırmaları zamanı tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinəəsaslı şübhələr müəyyən edilib.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinəəsaslı şübhələr müəyyən olunub. Hər iki məmurla bağlı həbs qətimkan tədbiri seçilib.

Bundan sonra cəmiyyətdə sözügedən nazirlikdəki korrupsiya əməllərinin nazirdən xəbərsiz törədilməsinin mümkün olmadığına dair qənaət formalaşıb və bununla bağlı şəxsən Əbülfəs Qarayevin ünvanına açıq ittihamlar səsləndirilib.

Belə ittihamları səsləndirənlər sırasında deputatlar xüsusilə seçiliblər. YAP-çı deputat Siyavuş Novruzov isə Ə.Qarayevi istefaya çağırmaqla yanaşı, hüquq-mühafizə orqanlarının nazirin aşkar olunan korrupsiya cinayətlərində iştirakının araşdırıldığını bildirmişdi.

İndi məlum olur ki, həmin araşdırma artıq geniş formada, bir neçə dövlət qurumunun iştirakı ilə həyata keçirilir. Və bu araşdırmaların sabiq nazir Əbülfəs Qarayevin həbsilə yekunlaşması da istisna deyil...

Təyyarə qəzasında ölü sayı 90-a çatdı“Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.

“RİA Novosti” xəbər verir ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.

Məlumata görə, “Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.

Telekanal, həmçinin qeyd edib ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.

Pakistanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7 ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı, təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı qeyd olunur.
Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcıdırEtiraf edək ki, əhaliyə xidmət sahəsində sovet dönəmindən qalan stereotiplər, müstəqillik qazandıqdan sonra da ölkəmizin yerli idarəetmə və vətəndaşlara xidmət sahəsində qalmaqda idi. Göstərilən xidmətlərdən yararlanmaq üçün tanışlıq, növbəsizlik və hətta rüşvət elementləri insanları narahat edən əsas məsələlərdən biri olmuşdur. Bu sözləri müsahibəsində “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə söyləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərhələli islahatlar paketində mühüm yer alan vətəndaş məmnunluğunun təmin edilməsində ilk addım məhz “ASAN xidmət” modelinin yaradılması oldu. Bu model qısa müddətdə nəinki Azərbaycanda özünü doğrultdu, hətta bəzi dövlətlər üçün də yeni təcrübə oldu.
Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, onların sosial problemlərinin həlli ilə bağlı davamlı təşəbbüslərlə çıxış edən və əməli fəaliyyətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi isə sosial xidmətlər sahəsində yeni mərhələnin başlanğıcı oldu.

“ASAN xidmət vətəndaşların bu və ya digər formada hər hansı xidmətdən istifadəsini ehtiva edirsə, DOST layihəsi birbaşa Azərbaycan vətəndaşının sosial xidmətlərlə bağlı təminatını özündə birləşdirir. Bu layihə ölkənin sosial idarəetmə sisteminin vahid platformasına çevrilməkdədir.”

“2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsinin nəzərdə tutulması da, bu platformanın sosial sahə üzrə əsas xidmət mexanizmi olacağını təsdiqləyir” deyən QHT sədri əlavə edib ki, innovativ yanaşma, çevik idarəetmə, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipi DOST Agentliyinin iş prinsipinin əsas seqmentləridir.”

C.Hüseynzadə diqqətə çatdırıb ki, DOST ideyasının reallaşmasın həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də gənc və yeni komanda olaraq ümidləri doğrultdu. Nazirlik bu mexanizmləri inkişaf etdirməklə, eyni zamanda öz üzərində ictimai nəzarətin təmin olunması və qiymətləndirmə indikatorlarını da müəyyən etmiş oldu.

“Bildiyimiz kimi, DOST layihəsi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

Bu layihə ölkə əhalisinin böyük hissəsini əhatə etməklə yanaşı, eyni zamanda həssas sosial qruplara da ünvanlanmışdır. Bu baxımdan sosial sahədə idarəetmə sisteminin yeni çağırışlara cavab verməsi vacib şərtdir. Vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsinin 96 faiz təşkil etməsini DOST ideyasının vacibliyin və xidmətlərin yüksək səviyyədə həyata keçirilməsin göstərən əsas amil kimi qeyd edə bilərik” – deyə Cəsarət Hüseynzadə vurğulayıb.

QHT rəhbəri “Gənc DOST”, ahıl şəxslər üçün “Gümüşü DOST” və “Virtual DOST” proqramlarına da diqqəti çəkərək, DOST agentliyinin təkcə əhaliyə xidmət sahəsi ilə məhdudlaşmamasını, eyni zamanda cəmiyyətimizin inkişafı naminə korporativ sosial məsuliyyət üzrə çağırışlar etdiyini də bildirib.

Agentliyin artıq təqdim edilən dost.gov.az saytı da ekspertlər tərəfindən geniş, əhatəli və funksional baza kimi qiymətləndirilir. Bəzi elektron xidmətləri sayta inteqrasiya etməklə imkanları daha da artırmaq olar – deyə Cəsarət Hüseynzadə qeyd edib.

Pandemiya ilə bağlı sosial fəaliyyətlərə toxunan təşkilat sədri deyib: “Əlbəttə ki, ölkəmizdə COVİD 19 Pandemiyasının ilk mərhələsində digər sahələrdə olduğu kimi, sosial sahədə də ölkə vətəndaşların problemlərinin həlli istiqamətində gərgin və çevik fəaliyyətlər həyata keçirildi. Pandemiya dövründə həyata keçirilən tədbirlər ölkə əhalisinin 48 faizindən çoxunu əhatə etdi.”

İş yerləri, əmək haqlarının qorunması, Davamlı sosial ödənişlərin edilməsi, Ünvanlı sosial yardım, Birdəfəlik ödəmə proqramı, Ödənişli ictimai işləri, Özünə məşğulluq proqramı, İşsizlikdən sığorta, Ərzaq yardımı təminatı və digər proqramlar birbaşa ölkə başçısının diqqətində olmuş və müvafiq dövlət qurumları tərəfindən həyata keçirilmişdir.

“Hesab edirəm ki, Pandemiya dövründə görülən bütün fəaliyyətləri uğurlu və müsbət hesab edilməlidir. Bu uğurlu fəaliyyətləri Prezident İlham Əliyev tərəfindən aparılan köklü islahatlar fonunda qiymətləndirmək vacibdir. Bu islahatlar çərçivəsində idarəetməyə yeni kadrlar cəlb edilib və yeni hökumət daha çevik fəaliyyət göstərməklə ölkə başçısının tapşırıqlarını uğurla həyata keçirir” – deyə Cəsarət Hüseynzadə əlavə edib
“Nazir Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü olmamalıdır”Milli Məclis sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son çıxışında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibində indiki siyasi konfiqurasiyanı nəzərə alıb siyasi partiya nümayəndələrinin də təmsilçiliyi fikiri siyasi partiyalarda müsbət qarşılanıb.

Bununla bağlı Avrasiya.net-ə açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, BAXCP hər zaman Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın fəaliyyəti ilə bağlı cəmiyyətə öz fikirlərini bildirib: ”Hörmətli Əli müəllimin təklifini çox yüksək qiymətləndiririk. Bizim partiya uzun müddətdir bu fikirdədir ki, komissiyanın tərkibində hökümətin üzvləri təmsil olunmamalıdırlar. Zaman-zaman biz bu məsələni gündəmə gətirmişik. Özünüz fikirləşin, necə ola bilər ki, hökümətin nazir üzvü özü-özünə qarşı mübarizə aparacaq?! Hansı nazır istəyəcək ki, rəhbərlik etdiyi strukturda baş vermiş korrupsiya halı komissiyanın diqqətində olsun, cəmiyyətin məlumatı olsun? Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də heç bir hökümət üzvü komissiyanın tərkibində təmsil olunmur. Əsas təmsilçilik bitərəflər, müxalif partiyaların təmsilçiləri, ziyalılar, vətəndaş cəmiyyətinin nümayəndələrindən təşkil olunur. Bu baxımdan Azərbaycanda bunun tətbiq edilməsi, düşünürəm ki, korrupsiyanın effektivliyini artıra bilər. Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin ölkəmizdə apardığı anti-korrupsiya fəaliyyəti cəmiyyətdə çox müsbət qarşılanır. Və bu gün də komisiyanın fəaliyyətində yeni şəxslərin təmsil olunmasını vacib hesab edirəm. Bu baş verərsə komissiyanın işinin gücləndirməsinə xidmət edər.”

Niyaməddin Orduxanlının sözlərinə görə, dünyanın ən inkişaf etmiş ölkələrində belə korrupsiya faktları mövcuddur:”Elə bir ölkə göstərə bilmərsiniz ki, onlarda korrupsiya faktı olmasın. Bu, bir bəşəri bəladır. Korrupsiya dövlətin zəyiflənməsinə yol açan amildir. Bunun inkişaf etməsinə yol vermək olmaz. Azərbaycanda bu gün cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizə davamlı xarakter daşıyır. Bunu hər kəs görür. İcra başçılarının, generalın və digər rütbəli şəxlərin həbs edilməsi aparılan işinin tərkib hissədir. Korrupsiya faktına görə mədəniyyət nazirini işdən azad olunması da bütün bunların dövlət səviyyəsində aparıldığını əyanı sübut edir. Bu gün Azərbaycanda yeni siyasi düzəmin baş verməsinin də şahidi oluruq. Cənab Prezidentin müxtəlif tədbirlərdə siyasi dialoqların siyasi konfiqurasiyanın yaranması ilə bağlı çıxışları, parlamentin rəhbərliyində siyasi partiya nümayəndələrinin təmsil olunması çox müsbət hadisədir. Düşünürəm ki, komissiyanın tərkibində parlamentdə təmsil olunan siyasi partiyaların da nümayəndələrinin təmsil olunması baş verərsə, bundan yalnız cəmiyyətimiz xeyir qazana bilər”.
Əliməmməd Nuriyev Komitə sədri ilə görüşüb“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvətilə ilə onunla komitədə görüş keçirib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Ə.Nuriyev sosial səhifəsində məlumat paylaşıb.

Ə.Nuriyev qeyd edib ki, Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra olunan “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanan təklifləri və tədqiqat hesabatını müzakirə edilib: "Qeyd edim ki, bu layihə çəçrivəsində “Konstitusiya” Araşdırmalar Fondunun hazırladığı təkliflərə baxılması üçün Nazirlər Kabinetinə bir qrup QHT tərəfindən imzalanmış Petisiya təqdim etmişdik. Petisiya Nazirlər Kabinetində nəzərdən keçirilib və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilib. Bahar xanımla qadınların, xüsusən evdar xanımların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılması ilə bağlı mümkün tədbirləri və təşəbbüsləri müzakirə etdik. Bahar xanım Komitənin bu məsələlərə həssas yanaşdığını, Komitənin baxışını, yanaşmasını diqqətə çatdırdı. Bahar xanım bu və Komitənin fəaliyyət dairəsinə daxil olan bütün məsələlərdə Komitənin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edəcəyini xüsusi vurğuladı. Hazırda Konstitusiya Araşdırmalar Fondu tərəfindən irəli sürülən təkliflərin nəzərdən keçirildiyini bildirdi. Həmçinin bu mövzu ilə bağlı məsələlərin müzakirəsi üçün birgə müzakirələrin və tədbirlərin keçirilməsi ilə bağlı təşşəbbüslər olacağını qeyd etdi. Öz növbəmdə vətəndaş cəmiyyətinin mövqeyini, baxışını diqqətə çatdırdım".

O da bildirilib ki, “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayına qədər icra olunub. Layihə çərçivəsində "Azərbaycanda qadınların ödənişsiz qayğı və məişət işlərinin dəyərləndirilməsi ilə bağlı vəziyyət" mövzusunda Tədqiqat hesabatı hazırlanıb: "Hesabat qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi ilə bağlı problemlərin araşdırılmasını, beynəlxalq təcrübədə tətbiq edilən yanaşmaları, layihə çərçivəsində Şəki-Zaqatala bölgəsində evdar qadınlar və kişilər arasında keçirilən sorğunun nəticələrini, milli qanunvericilikdə qadınların sosial-əmək münasibətləri sahəsində hüquqları, onlara verilən imtiyaz və güzəştlərin təhlilini və tövsiyyələri əhatə edir".

Hesabatla bu link vasitəsilə tanış ola bilərsiniz.
http://kafondu.org/?p=116

Layihə çəriçivəsində həmçinin Evdar TV yaradılıb. Evdar TV ilə bu iink vasitəsilə tanış ola bilərsiniz. https://www.youtube.com/channel/UCVbkoBrk5PNXOF-ALQyojSg

Ə.Nuriyev layihə fəaliyyətləri ilə bağlı dolğun şəkildə məlumatı sabah bölüşəcəyini bildirib.
Mayın 21-də itkin düşmüş Oğuz rayonu Xaçmaz kənd sakini, 2007-cı il təvəllüdlü Cəbrayıl Məmmədlinin tapılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Baş Prokurorluq Oğuzdakı hadisə barədə məlumat yaydıRegional Mərkəzinin müvafiq xilasetmə qüvvələrinin, prokurorluq və polis işçilərinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində C.Məmmədlinin meyiti mayın 22-də saat 09 radələrində yaşadığı evdən təxminən 2 km aralı meşəlik ərazidən keçən çayda aşkar edilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb.

C.Məmmədlinin meyitinə baxış zamanı meyitin baş nahiyəsində xəsarətlər aşkar edilib.

Məhkəmə-tibbi ekspertinin ilkin məlumatına görə, C.Məmmədlinin baş nahiyəsində aşkar edilmiş xəsarətlər vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsinin təsiri nəticəsində yaranmağa xarakterikdir.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
REGİONAL İDARƏETMƏ - yeniliyə ehtiyac zəruriətdən yaranırSon aylar ərzində ölkəmizdə beş rayonun icra hakimiyyəti başçısının və çoxsaylı icra başçısının yerli icra nümayəndələrinin həbsi ümumilikdə bu strukturların fəaliyyətini kölgə altına salmış oldu. Və bu gün iş o yerə gəlib çatıb ki, artıq icra strukturlarında əsaslı islahatın aparılmasına ehtiyac duyulduğu hiss edilməkdədir. Bu gün icra strukturlarında islahata ehtiyac varmı, o cümlədən islahat aparılarsa o necə və hansı formada həyata keçirilə bilər. Müzakirə edilən məsələ ətrafında ciddi fikir ayrılığının olması göz önündədir. İstər sosial mediada, istərsə də elektron mediada aparılan müzakirələrdə iki əsas istiqaməti müəyyən etmək olar - mühafizəkar və islahatçı mövqeyində dayanan və hər biri də öz mövqeyini varlığı ilə müdafiə edənlər.

Mühafizəkarlar icra strukturlarında hər hansı bir dəyişikliyin edilməsini istəmirlər, bu dəyişikliklərlə razı deyillər. Yerlərdə bütün nəzarətin məhz siyasi rəhbər olaraq icra başçısı tərəfindən idarə edildiyini və başqa idarəetmə sisteminə keçilərsə bunun ağır nəticə verəcəyini ehtimal edirlər.

İslahatçılar isə əksinə regional idarəetməyə üstünlük verilməsinin tərəfdarıdırlar. Yəni inzibati rayonlarda idarəetmənin rayon səviyyəsinin ləğvi və onun regional səviyyəyə çatdırılmasını, inzibati rayonlarda isə idarəetmənin seçkili orqana-bələdiyyələrə verilməsini təklif edirlər.

Biz islahat tərəfdarı olduğumuzu qeydlərimizdə dəfələrlə yazmışıq və fikirlərimizi də əsaslandırmışıq.

Mövzudan kənara çıxıb islahata maraqlı olmayanların diqqətinə bir məqamı çatdırmaq istərdim. Cəmiyyətdə istənilən yenilik birmənalı qarşılanmır. İlkin dövrdə çətin həzm olunur. Bu məqam həmişə olub, yəqin ki, belə də olacaqdır. Lakin unutmayaq ki, hər bir yeniliyə ehtiyac zəruriətdən yaranır.

Cənab Prezidentin təşəbbüsü ilə ölkəmizdə ASAN XİDMƏT yaradıldı. Məqsəd aşağı səviyyədə olan özbaşınalığın, korrupsiyanın, süründürməçiliyin qarşısını almaqla ölkə vətəndaşlarında vətəndaş məmnunluğunu təmin etmək idi. Açıq etiraf edim ki, bir çoxları kimi özümdə bu prosesin necə həyata keçiriləcəyinə şübhə ilə yanaşırdım və nəticə də gözləmirdim. Lakin iş elə yüksək səviyyədə təşkil edildi ki, bu gün ASAN XİDMƏTimiz dünya brendinə çevrildi, çünki ölkə başçısı lazım olan kadrı lazımı yerə təyin etmişdi. Və qarşıya qoyulan məqsədə isə hazırda birmənalı olaraq çatmışıq, yəni aşağı səviyyədə olan özbaşınalığın, korrupsiyanın, süründürməçiliyin qarşısı demək olar ki alınıb.

Başqa bir məqama diqqət yetirək. Ötən əsrin 90-cı illərində çörək qıtlığı vaxtı çörək zavodlarının və mağazalarının özəlləşdirilməsi ciddi narazılıqla qarşılandı. Əhali prosesin icrasıyla razı deyildi, müəyyən gərginliklər hökm sürürdü. Lakin dövlət belə çətin durumda risqə gedib bu sahədə özəlləşdirməni reallaşdırdı. Nəticə göz qabağındadır. Bu gün dövlət müəyyən mənada çörəyin qiymətini nəzarətdə saxlamaqla bu sahənin inkişafına maraqlıdır və deyərdim problemdə yoxdur. Artıq vətəndaşda bilir ki, dövlət onun tərəfindədir.

Demək istəyirəm ki, regional idarəetmə prinsiplərinin ölkəmizdə tətbiqi nəticə etibariylə zəruriətdən yaranıb. Bu sahənin saxlanmasına kifayət qədər maliyyə vəsaiti ayrılır, üstəlik də, kommunal xidmətlərə çəkilən xərcləri də bura əlavə etsək samballı bir rəqəm alınar. Bundan başqa prosesin icrası nəticəsində yerlərdəki paralel strukturların olmasına da son qoyular. Beləki, bu gün hər kənd, qəsəbə və şəhərdə icra başçılarının yerli ərazi üzrə nümayəndəliyinin olması kimə lazımdır? Bu strukturlar kimə və nəyə xidmət edir? Belə götürsək, onda bəs bələdiyyələr kimə xidmət etmiş olur.

Açıq etiraf edək ki, yerli nümayəndələrin əsas məqsəd və məramı bilavasitə bələdiyyələrin işini “kontrolda” saxlamaq və onların fəaliyyəti barədə mütəmadi olaraq başçıya məruzə etməkdən ibarətdir. Bu faktı yəqin ki, heç birimiz dana bilmərik.

Bu gün təklif olunan regional idarəetmə ilə özümüzdən hər hansı bir “Amerika” açmırıq. Bizim təkliflərimiz məhz dünya təcrübəsindən qaynaqlanır. Bu gün nəhəng şəhərlərin idarəedilməsində dövlətin hər hansı bir rolu yoxdur. Bütün idarəetmə məhz yerli orqan-meriya (bələdiyyə) tərəfindən həyata keçirilir. Və göründüyü kimi, hələki hər hansı bir problem yaşanmayıb. Çünki bütün proseslər Qanun və normativ hüquqi sənədlərlə tənzimlənir, hər kəs, istər məmur, istərsə də vətəndaş öz məsuliyyətini dərk edir.

Hazırda Bakıda Böyükşəhər bələdiyyəsinin yaradılmamasının və Avropa Şurası qarşısında götürdüyümüz öhdəliyin yerinə yetirilməsinin kökündə hansı səbəb dayanır? Məgər idarəetməni bələdiyyəyə versək nə itirmiş olarıq?

Əslində heç nə, sadəcə öz işimizi yüngülləşdirmək niyyətində deyilik. İstəmirik. Marağında deyilik. Belə düşünmək olar ki, islahatın aparılmasına müəyyən dairələr tərəfindən dirənişin göstərilməsinin kökündə, fikrimcə, şəxsi maraqların milli maraqlardan üstün tutulması dayanır, desəm yəqin ki, yanılmaram.

Odur ki, ölkə başçısının da söylədiyi kimi, bütün sahələrdə, o cümlədən yerli icra strukturlarında “korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır”.

Beləliklə, əgər biz həqiqətən ölkəmizin inkişafı, vətəndaş məmnunluğunu təmin etmək istəyiriksə, onda sistemdə islahatın aparılması labüddür. Sadəcə islahat prosesləri elə aparılmalıdır ki, sonradan problem yaşanmasın.

Ölkə başçısı Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə apardığını və bu mübarizə bundan sonra da aparılacağnı qətiyyətlə bildirir. Prezident həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırıldığını və yol verilmiş bütün pozuntuların üzə çıxarılacağını əminliklə qeyd edir.

Belə düşünmək olar ki, icra orqanlarındakı mövcud olan neqativ halların qarşısının alınması, böyük həcmdə büdcə vəsaitlərinə qənaətin və ən əsası vətəndaş məmnunluğunun təmin edilməsi üçün icra strukturlarında islahatın aparılacağını indidən ehtimal etmək olar.

İnanıram ki, ölkə başçısı bu istiqamətdə də öz qətiyyətini nümayiş etdirərək özünün başladığı islahatı məhz idarəetmə sahəsində davam etdirəcəkdir.

Bizə isə yalnız bu işdə ölkə başçısına uğurlar arzulamaq qalır.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri
İlham Əliyev Pakistana başsağlığı verdiPrezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Arif Alviyə məktub ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

1 iyundan sonra da karantin rejimi UZADILACAQ1 iyundan sonra xüsusi karantin rejimin uzadılması müzakirə edilir. Avrasiya.net-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, rejimin hansı dövrədək uzadılması qarşıdakı günlərdə ölkədəki sanitar epidimoloji vəziyyətdən asılı olacaq.

TƏBİB sədri onu da əlavə edib ki, iyunun 1-dən iri ticarət mərkəzlərinin açılması müzakirə olunur. R.Bayramlı qeyd edib ki, yenə də həmin dövrədək sanitar epidiomoloji vəziyyət nəzərə alınacaq.