Sizin Reklam Burada

İTV-nin 1800 dollarlıq avadanlığını 60 manata satdı

İTV-nin 1800 dollarlıq avadanlığını 60 manata satdıMayın 21-də günorta saatlarında Səbail rayonu Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları çəkiliş edən zaman kanalın avadanlıqları naməlum şəxs tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, bu barədə polisə məlumat verən televiziyanın əməkdaşları oğurlanan 2 ədəd çəkiliş relsinin ümumilikdə dəyərinin 1 800 ABŞ dolları olduğunu bildiriblər.

Ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəsini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynov saxlanılıb.

O, ifadəsində qeyd edib ki, oğurladığı relsləri Xətai rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə 60 manata satıb. Bölmə əməkdaşları tərəfindən həmin avadanlıqlar satıldığı yerdən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər