Nazir yeni rəis təyin etdi
Dərc olunub:
22-05-2020, 13:34
Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin olunub.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Əli Əliyev Metropolitendə Polis Şöbəsinə rəis təyin edilib.
Xatırladaq ki, polis polkovniki Samir Hüseynov bir neçə gün əvvəl Metropolitendə Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilmişdi.