22 may 18:12Sosial

Siyəzəndə breyn-rinq üzrə gənclər arasında online çempionat keçirilib

Siyəzəndə breyn-rinq üzrə gənclər arasında online çempionat keçirilib20-21 may tarixlərdə Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 May “Respublika günü”nə həsr olunmuş “Azərbaycan – doğma Vətənim” adlı breyn-rinq üzrə gənclər arasında online rayon çempionatı keçirilib.

Whatsapp mobil tətbiqi vastəsilə təşkil olunan intellektual turnirdə 50-ə yaxın gənc iştirak edib.

Oyun ərzində iştirakçılar fərdi olaraq Azərbaycan tarixi, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti, idmanı və s. sahələr üzrə biliklərini yoxlayıblar. Yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.4. yarımbəndinin icrasının təmin edilməsi, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, intellektual oyunların gənclər arasında təbliği, gənclərin dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

2 gün davam edən online rayon çempionatının nəticəsinə əsasən Allahverdiyev İsmət I, Qurbanov Rəcəb II, Əlifov Mirkamil III olub. Qaliblər xüsusi karantin rejiminin başa çatdıqdan sonra mükafatlandırılacaqdır.

#evdəqal #Bizbirlikdəgüclüyük #breynrinq #SiyəzənGİİ #28May #Respublikagünü #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz #Gənclərsiyasəti #GəncLİNK
XƏBƏR LENTİ
SORĞU