Sizin Reklam Burada

İranın səfiri Azərbaycan xalqını təbrik edib

İranın səfiri Azərbaycan xalqını təbrik edibİran islam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqına və dövlətini təbrik edib.

Avrasiya.net təbriki təqdim edir:

Quranın baharı, İlahi rəhmətin nazil olduğu və insan ruhunun yüksəlişi olan Müqəddəs Ramazan bayarmının gəlişi münasibətilə dost və qardaş Azərbaycan Respublikası xalqını və dövlətini təbrik etməkdən fəxr duyuram.

Ramazan bayramı dünya müsəlmanları arasında vəhdətin, həmrəyliyin təcəllisi və ictimai bağların möhkəmlənməsidir. Bu böyük bayram günündə İran xalqı Azərbaycan Respublikasının müsəlman xalqı ilə həmrəy olduğunu elan edir və təkidlə vurğulayır ki, daim dost və qardaş Azərbaycan xalqının yanında olub, bundan sonra da olacaq və əbədi olan bu dostluğa və qardaşlığa görə fəxr edir. Sonda Mütaal Allahdan Azərbaycan Respublikası dövləti və xalqı üçün izzət və başucalıq, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır və ümid edirik yaxın gələcəkdə Azərbaycan xalqının şad gününü - “Qarabağın və Qüdsün azad olunması bayramları”nı birlikdə qeyd edəcəyik.

İlahi, Ramazan bayramında bizim bayramlığımızı bütün müsəlmanların oruc və ibadətlərinin qəbulu və bu bərəkətli aydan faydalanmağı qərar ver.

Xüdahafiz ey Ramazan, ey Allahın ən böyük ayı və ey Allah dostlarının bayramı!


İran islam Respublikasının Azərbaycan Respublikasındakı səfiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər