22 may 19:06Sosial

Əliməmməd Nuriyev Komitə sədri ilə görüşüb

Əliməmməd Nuriyev Komitə sədri ilə görüşüb“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın dəvətilə ilə onunla komitədə görüş keçirib.

Avrasiya.net-in məlumatına görə, bu barədə Ə.Nuriyev sosial səhifəsində məlumat paylaşıb.

Ə.Nuriyev qeyd edib ki, Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra olunan “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanan təklifləri və tədqiqat hesabatını müzakirə edilib: "Qeyd edim ki, bu layihə çəçrivəsində “Konstitusiya” Araşdırmalar Fondunun hazırladığı təkliflərə baxılması üçün Nazirlər Kabinetinə bir qrup QHT tərəfindən imzalanmış Petisiya təqdim etmişdik. Petisiya Nazirlər Kabinetində nəzərdən keçirilib və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edilib. Bahar xanımla qadınların, xüsusən evdar xanımların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühütün yaradılması ilə bağlı mümkün tədbirləri və təşəbbüsləri müzakirə etdik. Bahar xanım Komitənin bu məsələlərə həssas yanaşdığını, Komitənin baxışını, yanaşmasını diqqətə çatdırdı. Bahar xanım bu və Komitənin fəaliyyət dairəsinə daxil olan bütün məsələlərdə Komitənin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edəcəyini xüsusi vurğuladı. Hazırda Konstitusiya Araşdırmalar Fondu tərəfindən irəli sürülən təkliflərin nəzərdən keçirildiyini bildirdi. Həmçinin bu mövzu ilə bağlı məsələlərin müzakirəsi üçün birgə müzakirələrin və tədbirlərin keçirilməsi ilə bağlı təşşəbbüslər olacağını qeyd etdi. Öz növbəmdə vətəndaş cəmiyyətinin mövqeyini, baxışını diqqətə çatdırdım".

O da bildirilib ki, “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayına qədər icra olunub. Layihə çərçivəsində "Azərbaycanda qadınların ödənişsiz qayğı və məişət işlərinin dəyərləndirilməsi ilə bağlı vəziyyət" mövzusunda Tədqiqat hesabatı hazırlanıb: "Hesabat qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi ilə bağlı problemlərin araşdırılmasını, beynəlxalq təcrübədə tətbiq edilən yanaşmaları, layihə çərçivəsində Şəki-Zaqatala bölgəsində evdar qadınlar və kişilər arasında keçirilən sorğunun nəticələrini, milli qanunvericilikdə qadınların sosial-əmək münasibətləri sahəsində hüquqları, onlara verilən imtiyaz və güzəştlərin təhlilini və tövsiyyələri əhatə edir".

Hesabatla bu link vasitəsilə tanış ola bilərsiniz.
http://kafondu.org/?p=116

Layihə çəriçivəsində həmçinin Evdar TV yaradılıb. Evdar TV ilə bu iink vasitəsilə tanış ola bilərsiniz. https://www.youtube.com/channel/UCVbkoBrk5PNXOF-ALQyojSg

Ə.Nuriyev layihə fəaliyyətləri ilə bağlı dolğun şəkildə məlumatı sabah bölüşəcəyini bildirib.
XƏBƏR LENTİ
SORĞU