Sizin Reklam Burada

Bakıda əməliyyat - Silahlı şəxslər həbs edildi


Bakıda əməliyyat - Silahlı şəxslər həbs edildiBakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

Avrasiya.net xəbər verir ki, rayonun Babək prospektində gecə saatlarında naməlum şəxslər Bakı şəhər sakini Real İsgəndərovun qarşısını kəsiblər.

Həmin şəxslər Real İsgəndərovahədə-qorxu gələrək, 650 manatını və mobil telefonunu alıblar.

Zərərçəkmiş hadisə ilə bağlı polisə məlumat verib.

Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, 1965-ci il təvəllüdlü Cahangir Nağıyev, Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Şahmar İsazadə, Şirvan rayon sakini, 1995-ci il təvəllüdlü Röyal Mirzəyev və Füzuli rayon sakini, 1995-ci il təvəllüdlü Rahil Həsənov saxlanılıblar.

Röyal Mirzəyevin idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilərkən oradan 1 ədəd bıçaq, 1 ədəd balta, 1 ədəd qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər