Sizin Reklam Burada

Haftar Türkiyəni rusların qırıcıları ilə vuracaq - Tarixin ən böyük hava əməliyyatı

Haftar Türkiyəni rusların qırıcıları ilə vuracaq - Tarixin ən böyük hava əməliyyatıTürkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Liviyada 8 “Pantsir” hava hücumundan müdafiə sistemini məhv etməsi Rusiyanı qəzəbləndirib.

Publika.az xəbər verir ki, rəsmi Moskva Liviyanın şərqindəki qiyamçı general Xəlifə Haftara 6-sı “Miq-29”, 2-si “Su-24” olmaqla, 8 döyüş təyyarəsi göndərib.

Bu barədə ABŞ-ın “Blumberq” agentliyinə Liviyanın Daxili İşlər naziri Fəthi Başağa məlumat verib. Onun sözlərinə görə, təyyarələr Rusiyanın Suriyadakı “Hmeymim” hərbi hava bazasından Liviyaya doğru hərəkət edib. Rusiya bu faktı təkzib etməyib.

Haftara sadiq hava ünsürləri ölkədəki Türkiyə ordusuna qarşı Liviya tarixindəki ən böyük hava hərəkatını başladacağını açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi bu təhdidə cavab olaraq türk ordusunun hədəfə çevrilməsi təqdirində, Haftar ünsürlərini darmadağın edəcəklərini bəyan edib.

Liviya mətbuatında rus təyyarələrinin hava hərəkatında istifadə edilməsi durumunda, Türkiyənin F-16 qırıcılarını havaya qaldıracağı iddia olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər