Professorun təqdimatında dənli taxıl bitkilərinin xəstəliklərinə dair təlim keçirilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu-nun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təqdimatında “Dənli taxıl bitkilərinin əsas xəstəlikləri və onların idarə edilməsi” mövzusunda təlim keçirilib. Təlim əyani və onlayn formatda – Zoom platforması vasitəsilə təşkil olunub.

Təlimdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislər və fermerlərlə yanaşı, Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müəllim və tələbələri də iştirak ediblər.

Tələbələrin bir qismi təlimə əyani şəkildə qatılıb.
Təqdimat zamanı dənli taxıl bitkilərində geniş yayılmış xəstəliklər, onların yaranma və yayılma səbəbləri, məhsuldarlığa təsiri, diaqnostika üsulları və inteqrir mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.

Müasir aqrotexnoloji yanaşmalar, profilaktik tədbirlərin əhəmiyyəti və elmi əsaslı bitki mühafizə strategiyaları xüsusi vurğulanıb. Təlim interaktiv müzakirələr şəraitində keçib, iştirakçıların sualları cavablandırılıb və praktiki tövsiyələr verilib.

Sonda təlimdə əyani iştirak edən tələbələrə professor İbrahim Cəfərov tərəfindən müəllifi olduğu “Bitki xəstəlikləri və onların idarə edilməsi” adlı kitab hədiyyə olunub. Bu təşəbbüs iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların elmi biliklərinin dərinləşdirilməsinə töhfə kimi qiymətləndirilib.

Professorun təqdimatında dənli taxıl bitkilərinin xəstəliklərinə dair təlim keçirilib


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər