GAK və QafqazTürk Media kollektivi BGM-nin İdarəsində olub
Dərc olunub:
Dünən, 20:58
Bu gün Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media kollektivi Bütün Gürcüstan Müsəlmanları İdarəsində oldu.
Konqres sədri Hüseyn Yusubov Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminovu növbəti dəfə Şərqi Gürcüstan müftisi seçilməsi münasibətilə təbrik etdi, ona işində uğurlar arzuladı.
Görüş çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparıldı, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin fəaliyyəti və yeni binası ilə yaxından tanış olundu.
Hacı Etibar Eminov müsəlmanları qarşıdan gələn Ramazan ayı münasibətilə təbrik etdi, xoş arzularını çatdırdı.![]()
