"Almaniya Avropa İttifaqının yeni hərbi gücünü elan etdi"

Münhen Təhlükəsizlik konfransında Almaniya kansleri Friedrich Merz daha aydın və konkret çıxış edərək yeni dünya siyasi nizamında ölkəsinin mövqeyini ortaya qoydu. Bu çıxış müəyyən mənada Avropa İttifaqı üçün yeni siyasi-hərbi konsepsiyanın konturlarını da müəyyənləşdirdi.

Bunu Avrasiya.net-ə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, kansler yeni geosiyasi reallıqlarda Türkiyə və Körfəz ölkələrinin roluna xüsusi diqqət çəkdi. Eyni zamanda Rusiyaya qarşı ardıcıl və sistemli mübarizənin gücləndirilməsinin vacibliyini vurğuladı, İttifaqın bu məsələdə vahid və prinsipial mövqe sərgilədiyini qeyd etdi:

"Bu çıxış Almaniyanın təxminən 80 ildən sonra daha aktiv və təşəbbüskar siyasi xəttə qayıtdığı mesajını verdi. Kansler yeni dünya düzənində Almaniyanın aparıcı rol oynayacağını açıq şəkildə ifadə etdi.

Xüsusilə, ölkəsinin hərbi potensialını gücləndirəcəyini elan etməsi Avropada müəyyən narahatlıq yaratdı. Fransanın Almaniyanın hərbi baxımdan sürətli güclənməsinə ehtiyatla yanaşması istisna deyil. Almaniya hərbi və siyasi baxımdan mövqelərini möhkəmləndirdikdən sonra Avropada liderlik iddiasını daha qəti şəkildə ortaya qoya bilər. Bu isə Fransa ilə yeni siyasi gərginlik mərhələsinin yaranmasına səbəb ola bilər".

Politoloq onu da vurğulayıb ki, Kanslerin çıxışı Almaniyanın geosiyasi ambisiyalarını da aydın şəkildə nümayiş etdirdi. Rusiyaya münasibətdə sərgilənən mövqe xüsusi əhəmiyyət daşıyır. Rəsmi Berlinin yanaşmasına görə, Rusiya Ukraynada strateji üstünlük əldə edə bilməyəcək və perspektivdə qarşısında daha güclü, konsolidə olunmuş Avropa görəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər