Ramazan və Novruzla bağlı 11 gün iş olmayacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqviminə əsasən, Azərbaycanda 2026-cı il Ramazan ayının birinci günü fevralın 19-na təsadüf edəcək.

Avrasiya.net-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, bu il Ramazan bayramı martın 20-21-nə (cümə və şənbə) düşəcək. Həmin tarixlər eyni zamanda Novruz bayramı günləri hesab olunur.

Bu səbəbədən də Nazirlər Kabinetinin qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq.

Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart da qeyri-iş günləri olacaq.

Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.

Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər