Azərbaycanlı alim İraqdakı Müstənsəriyyə Universitetinə kitablar hədiyyə edib
İraq Respublikasına rəsmi səfərimiz çərçivəsində Müstənsəriyyə Universitetinin Hüquqşünaslıq fakultəsinin dekanı doktor Malik Mənsi əl-Hüseyni ilə görüşdük.
Avrasiya.net xəbər verir ki, bunu AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri Elnur Mustafayev sosial səhifəsində yazıb.
O, qeyd edib ki, görüş zamanı AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında müfəssəl məlumatları həmkarlarımın diqqətinə çatdırıb:
"Tanışlıq zamanı Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, mədəniyyəti, dil və ədəbiyyatı, din və ictimai fikri sahəsində aparılan mühüm elmi tədqiqatların nəticələri, son illərdə bu istiqamətlər üzrə nəşr olunan kitab və məqalələr haqqında ətraflı söhbət açdıq. Bundan əlavə, Şərqşünaslıq İnstitutunun ərəb ölkələri ilə qurulan elmi və mədəni əlaqələrin inkişafındakı rolundan və bu istiqamətdə ərəb ölkələrində fəaliyyət göstərən əməkdaşlıq memorandumu bağladığımız rəsmi elmi müəssisələrlə həyata keçirilmiş müştərək fəaliyyətlər barəsində zəruri məlumatları qeyd etdik.
Sonda, Şərqşünaslıq İnstitutunun dərc etdiyi elmi tədqiqat əsərlərindən bəzilərini Müstənsəriyyə Universitetinin kitabxanasına hədiyyə etmək üçün Hüquqşünaslıq fakultəsinin dekanı doktor Malik Mənsi əl-Hüseyniyə təqdim etdim".
Alim daha sonra vurğulayıb ki, doktor Malik Mənsi əl-Hüseyni isə təqdim edilən kitablar üçün öz təşəkkür və məmnunluğunu ifadə etdikdən sonra, Şərqşünaslıq İnstitutu ilə elmi və mədəni əməkdaşlığın qurulmasında maraqlı olduqlarını ifadə etdi.
Qeyd: O, Müstənsəriyyə Universitetinin kitabxanasına təqdim etdiyi kitablardan bəzilərinin adını qeyd edirb.
1) Akad. G.Baxşəliyeva. "Nizami Gəncəvinin milli identikliyi" (ingilis və fars dillərində) .
2) Ruhəngiz Cümşüdlü. "Füzulinin ərəbcə poetik irsi".
3) Vidadi Mustafayev. "Bir daha vahid/bütov Azərbaycan haqqında".
2) "Армянские инсинуации и историцеские факты (вопросы и ответы). Перевод с английского акад. Говхар Бахшалиева.
3) Elnur Mustafayev. "Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında).
4) Azərbaycanın mədəniyyət paytaxtı: Şuşa (ərəb, ingilis və azərbaycan dillərində).
5) "Xocalı soyqırımı" (Ərəb dilində).
