Məşhur polkovnik işdən çıxarıldı, yerinə o gətirildi

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi dəyişib.

Avrasiya.net Yeni Sabah-a istinadla xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polkovnik Əzizağa Qənizadə muzeyin rəisi vəzifəsindən azad olunub. Keçmiş briqada komandiri olan Ə.Qənizadə 2014-cü il sentyabrından bu postda çalışırdı.

Müdafiə nazirinin digər əmri ilə “Qarabağ” ordeni polkovnik Elşad Pənahov Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.

Uzun illərdir orduda xidmət edən E.Pənahov bundan əvvəl Hərbi Hava Qüvvələrinin Şəxsi heyət idarəsinin rəisi işləyib.

O, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla “Qarabağ” ordeni ilə təltif olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər