Nümayəndə heyətimiz İrəvana getdi - bu, ilk dəfə baş verdi

Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" dəyirmi masasında iştirak etmək üçün Ermənistana gedib.

Axar.az xəbər verir ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13–14 fevral tarixlərində Azərbaycan və Ermənistanın ictimai fəallarının iştirakı ilə İrəvanda ikitərəfli dəyirmi masa keçiriləcək.

Bu dəfə vətəndaş cəmiyyəti nümayəndələri müstəqillik tarixində ilk dəfə olaraq Tavuş rayonunun Kirants kəndi yaxınlığında yerləşən quru sərhədini keçiblər.

Bildirilib ki, “Sülh Körpüsü” təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupları da təmsil olunacaq.

Məlumata görə, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimitasiya və demarkasiya olunmuş quru sərhəd hissəsindən Ermənistan ərazisinə daxil olub.

Vurğulanıb ki, müzakirələr zamanı Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci ildə Vaşinqton sammitində təsdiqlənmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə edəcəklər. Ayrı-ayrı sessiyalar formalaşmaqda olan regional təhlükəsizlik arxitekturasına, sülhün üstünlüklərinə, iki cəmiyyət arasında münasibətlərin qurulmasına ictimai baxışa, iqtisadi əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin roluna həsr olunacaq.

Məlumata görə, Azərbaycan nümayəndə heyətinə 19 nəfər daxildir, onların arasında Fərhad Məmmədov, Rusif Hüseynov, Kəmalə Məmmədova, Ramil İsgəndərli, Fuad Abdullayev, Könül Bədəlova, Zaur Şiriyev, Murad Muradov, Aytən Qəhrəman, Rauf Ağəmirzəyev, Gülbəniz Qənbərova, Nəzrin Əliyeva, Eldar Həmzəli, Sənan Rzayev, Gülşən Axundova, Emin Əliyev, Orxan Babayev, İlya Hüseynov, Fuad Ağamalıyev var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər