Azərbaycanda bəzi ailələrə pulsuz ev veriləcək
Dərc olunub:
Dünən, 09:52
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Neftçala rayonunda hər biri üç otaqdan ibarət 20 mənzil alınması üçün tender elan edib.
Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, mənzillərin şəhid ailələri və əlilliyi olan şəxslərə verilməsi planlaşdırılıb.
Xidmət tərəfindən 20 mənzilin alınması müqabilində 1 milyon 980 min manat ödəniş edilməsi nəzərdə tutulur.
