Tarixi səfər, tarixi qərarlar: Azərbaycan Avrasiyanın mərkəzinə yüksəlir

Tarixi səfər, tarixi qərarlar: Azərbaycan Avrasiyanın mərkəzinə yüksəlir“ABŞ vitse-prezidenti C.D. Vensin Bakıya səfəri və imzalanan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan–ABŞ münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu hadisə yalnız ikitərəfli əlaqələrin genişlənməsi deyil, həm də regionun geosiyasi arxitekturasında yeni reallıqların formalaşmasının göstəricisidir”.

Bunu Avrasiya.net-ə açıqlamasında deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin strategiyası nəticəsində Avrasiyada yeni reallıqlar yaranıb.
“Son illərdə Azərbaycan balanslaşdırılmış və praqmatik xarici siyasət kursu nəticəsində regional aktordan qlobal əhəmiyyətli orta gücə çevrilmək yolunda mühüm addımlar atıb. ABŞ-la strateji tərəfdaşlığın rəsmiləşməsi isə bu kursun məntiqi davamı kimi görünür”, - o vurğulayıb.
Deputat əlavə edib ki, bu əməkdaşlıq bir neçə istiqamətdə yeni geosiyasi dinamika yaradır:
“Birincisi, enerji və nəqliyyat təhlükəsizliyi

Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir. ABŞ-la əməkdaşlığın dərinləşməsi enerji marşrutlarının şaxələndirilməsini gücləndirir, Orta Dəhlizin əhəmiyyətini artırır, Avropa–Asiya tranzit xəritəsində Bakının mövqeyini möhkəmləndirir. Bu kontekstdə Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də qlobal logistika və tranzit mərkəzi kimi çıxış edir.
İkincisi, geosiyasi sabitlik və təhlükəsizlik arxitekturası

Vaşinqton-Bakı xəttinin güclənməsi Cənubi Qafqazın təhlükəsizlik sisteminə də təsir göstərir. ABŞ-ın regiona diqqətinin artması regional sabitliyə əlavə zəmanət yaradır, uzunmüddətli sülh gündəliyini gücləndirir, Ermənistan–Azərbaycan yekun sülh prosesinə beynəlxalq dəstək bazasını genişləndirir. Bu, Cənubi Qafqazın qarşıdurma zonasından əməkdaşlıq məkanına çevrilməsi perspektivini gücləndirir”.
Deputat əlavə edib ki, cənab Prezidentin liderliyi altında qlobal çağırışlara cavab verən çevik siyasət yürütməsi nəticəsində Azərbaycan yüni güc mərhələsinə qədəm qoyur:

“Prezident İlham Əliyevin son illərdə vurğuladığı əsas tezislərdən biri Azərbaycanın müstəqil siyasət yürüdən və etibarlı tərəfdaş kimi çıxış edən dövlət olmasıdır. ABŞ nümayəndə heyəti ilə görüşlərdə səsləndirilən fikirlər də göstərir ki, Azərbaycan sabit və proqnozlaşdırıla bilən tərəfdaşdır, ölkədə sərmayə üçün münbit mühit formalaşıb, regional əməkdaşlıq təşəbbüslərinin mərkəzində Bakı dayanır. Bu yanaşma Azərbaycanın diplomatik qələbələrinin davamı kimi qiymətləndirilə bilər.

Strateji Tərəfdaşlıq Xartiyasının ən mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın genişlənməsi perspektividir. ABŞ biznes dairələrinin Azərbaycana marağının artması bir neçə sahədə dönüş yarada bilər. Azərbaycan bu prosesdə yalnız bazar deyil, regional iqtisadi platforma rolunu oynayır. ABŞ şirkətləri üçün Bakı Mərkəzi Asiya bazarlarına çıxış qapısı kimi qəbul olunur.
C.D. Vensin Bakıya səfəri və imzalanan sənədlər göstərir ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal qərarların müzakirə olunduğu platformalarda iştirak edən ölkə statusunu möhkəmləndirir.

Vaşinqton–Bakı əməkdaşlığının yeni mərhələsi Azərbaycanın geosiyasi çəkisini artırır, iqtisadi perspektivlərini genişləndirir, regionda sülh və əməkdaşlıq gündəliyini gücləndirir.

Bu proses Prezident İlham Əliyevin uzunmüddətli strategiyasının nəticəsi kimi qiymətləndirilə bilər. Formalaşan yeni reallıqda Azərbaycan Avrasiyanın mərkəzi aktorlarından biri kimi çıxış edir və bu yüksəlişin gələcək illərdə daha da sürətlənəcəyi gözlənilir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər