ABŞ İran yaxınlığında əlavə hərbi qüvvələr toplayır

ABŞ İrana əlavə hərbi qüvvələr göndərir.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent məlumat verib.

"Prezident (ABŞ Donald Tramp – Qeyd) və nazir Heqset (ABŞ-ın müdafiə naziri Pit Heqset – Qeyd) İrana əlavə hərbi qüvvələr və resurslar göndərirlər", -maliyyə naziri "Fox News"a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti hesab edir ki, Amerikanın İranın nüvə obyektlərinə zərbələrindən sonra Vaşinqton Tehranla daha sərfəli bir razılaşma bağlaya bilər, lakin bu məsələ ilə bağlı qərar İran hakimiyyətinin ixtiyarındadır.

O həmçinin iddia edib ki, İran yalnız "maliyyə bazarlarında və ya hərbi sahədə kobud gücü" başa düşür.

"The Wall Street Journal" qəzeti bildirib ki, ABŞ komandanlığı Yaxın Şərqə ikinci təyyarədaşıyan gəmi göndərməyə hazırlaşır.

"ABŞ-nin üç rəsmisi bildirib ki, Pentaqon ABŞ ordusunun İrana mümkün hücuma hazırlaşdığı bir vaxtda Yaxın Şərqə göndərilmək üçün ikinci bir aviadaşıyıcı zərbə qrupunun hazırlandığını açıqlayıb", - deyə bildirilib.

Yenidən yerləşdirmə əmri yaxın saatlarda verilə və gəmi iki həftə ərzində ABŞ-ın şərq sahillərindən yola düşə bilər.

Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün İran və ABŞ arasında danışıqların yeni mərhələsi fevralın 6-da Omanın paytaxtında baş tutub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər