Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırır

Avropa İttifaqı dronların kütləvi istehsalını planlaşdırırAvropa İttifaqı dronların kütləvi istehsalı ilə məşğul olacaq.

APA xəbər verir ki, bu barədə Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner jurnalistlərə bildirib.

Məlumata görə, ilk mərhələdə üzv dövlətlərə dronlar və onlara qarşı texnologiyaların alınması üçün 400 milyon avro sərmayə qoyulması nəzərdə tutulur.

Plan daxilində şübhəli və ya icazəsiz dron uçuşları haqda real vaxtda məlumat mübadiləsi sisteminin yaradılması nəzərdə tutulur. Bu da sərhədlərdən asılı olmayaraq dron uçuşlarını daha sürətli şəkildə aşkar edilməsinə və reaksiya verilməsinə imkan yaradacaq.

Bildirilib ki, Avropanın dron arsenallarının artırılmasında Ukrayna mühüm rol oynayacaq. Ukrayna müdafiə sənayesi yaxın vaxtlarda ölkədə istehsal olunan silahların ixracına icazə alıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, 2026-cı ilə qədər Avropada Ukrayna hərbi məhsullarının, ilk növbədə də döyüş dronlarının 10 ixrac mərkəzi açılacaq. Bundan əlavə, Zelenski artıq fevralda Almaniyada Ukrayna dronlarının istehsalına başlanılacağını qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər