"Bu, Bakının qlobal təhlükəsizlik sistemində rolunu gücləndirir"

"Bu, Bakının qlobal təhlükəsizlik sistemində rolunu gücləndirir" “Azərbaycanın əsas hədəflərindən biri regionda dayanıqlı sülhün təmin olunmasıdır. Ermənistanla sülh prosesinin irəliləməsi yalnız ikitərəfli münasibətlərin normallaşması deyil, həm də regional təhlükəsizlik sisteminin qurulması, iqtisadi əməkdaşlıq platformalarının yaradılması, Cənubi Qafqazın sabitlik məkanına çevrilməsi deməkdir. Bu yanaşma regionu geosiyasi qarşıdurma zonasından əməkdaşlıq məkanına transformasiya edir”.

Bunu Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, bu gün bölgədəki təhlükəsizlik strategiyasının müəllifi Prezident İlham Əliyevdir.
“Bu proseslərin mərkəzində Prezident İlham Əliyevin yürüdüyü siyasət dayanır. Onun təhlükəsizlik strategiyası üç əsas istiqaməti birləşdirir. Bunlar regional sülh təşəbbüsləri, qlobal təhlükəsizlik sisteminə inteqrasiya, çoxşaxəli tərəfdaşlıq siyasətidir. Bu yanaşma Azərbaycanı regionda təhlükəsizlik arxitekturasının əsas aktorlarından birinə çevirir”, -o vurğulayıb.

O əlavə edib ki, ABŞ–Azərbaycan təhlükəsizlik əməkdaşlığı və Bakının sülh təşəbbüsləri regionda yeni mərhələnin başlandığını göstərir: “Azərbaycan artıq regional sabitliyin təminatçısı, sülh təşəbbüslərinin müəllifi, beynəlxalq təhlükəsizlik əməkdaşlığının aktiv iştirakçısı kimi çıxış edir.
Beləliklə, Prezident İlham Əliyevin yürüdüyü siyasət Cənubi Qafqazın münaqişə məkanından təhlükəsizlik və əməkdaşlıq platformasına çevrilməsi prosesini sürətləndirir və Azərbaycanın qlobal təhlükəsizlik sistemində rolunu gücləndirir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər