"İranla saziş gələn ay bağlana bilər"

ABŞ Prezidenti Donald Tramp İranla mümkün sazişin vaxtı ilə bağlı açıqlama verib.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp razılaşmanın mart ayında imzalana biləcəyini bildirib: “Yəqin ki, gələn ay ərzində”.

O, danışıqların nəticəsiz qalacağı təqdirdə İran üçün ağır mərhələnin başlayacağını da istisna etməyib: “İranlılarla lazım olduğu qədər danışacağam. Əgər saziş əldə olunmasa, ikinci mərhələyə keçəcəyik. Bu mərhələ onlar üçün çox ağır olacaq. Mən bunu istəmirəm”.

Qeyd edək ki, İran və ABŞ arasında son danışıqlar fevralın 6-da Omanda baş tutub. Tramp görüşü uğurlu adlandırıb və dialoqun davam etdiriləcəyini vurğulayıb. İranın xarici işlər naziri Abbas Əraqçi də müzakirələri müsbət qiymətləndirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər