Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
Dərc olunub:
Dünən, 13:33
Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.
Avrasiya.net Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Münhen Təhlükəsizlik Konfransı 2026-cı ildə də qlobal təhlükəsizliyin əsas məsələlərini müzakirə etmək üçün beynəlxalq qərar qəbul edən şəxsləri yenidən Münhendə bir araya gətirir.
"Azərbaycan bu il konfransda artıq 8-ci dəfə iştirak edən Prezident İlham Əliyev tərəfindən təmsil olunur. Beləliklə, biz birgə dialoq vasitəsilə Avropa ilə Cənubi Qafqaz arasında sabitliyə və tərəfdaşlığa öz töhfəmizi veririk", - məlumatda qeyd edilib.
