265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib

265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib44 günlük Vətən müharibəsindən sonrakı dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2439 şəxs 91.8 min reabilitasiya vasitəsi ilə təmin edilib. 265 nəfər Vətən müharibəsi iştirakçısı əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar”.

Bu barədə Modern.az-a açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib.

O bildirib ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində müasir avadanlıqlarla təchiz edilmiş 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə, 15 reabilitasiya müəssisəsi, 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və 1 “RehaPoint” Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir.

Bunlardan 7-si Bakı və Sumqayıt şəhərlərində, digərləri müvafiq olaraq Şəki, Şirvan, Xaçmaz, Yevlax, Lənkəran, Naftalan, Qəbələ, Şəmkir və Bərdə şəhərlərində yerləşir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər