İranda iki gündə 37 məhbus edam edildi
Dərc olunub:
11-02-2026, 16:17
İki gün ərzində İranın bir neçə həbsxanasında daha 37 məhbusun edam hökmü yerinə yetirilib.
Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Onların adam öldürmək və narkotik maddələrin alverində günahlandırıldıqları bildirilib.
Bildirilib ki, yeni ilin başlanmasından bu günə edamların sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.
