"Putini yalnız ABŞ dayandıra bilər"

Müharibəni dayandırmaq üçün yalnız ABŞ siyasi və maliyyə gücünə malikdir.

Avrasiya.net xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlamasında deyib.

O, Konqresin müharibədən sonrakı təhlükəsizlik zəmanətlərini gücləndirmək üçün tədbirlər görməli olduğunu bildirib:

"Düzünü desəm, bu gün yalnız Avropa Ukraynanı müdafiə edir, pul və yardım verir. Amma Putini yalnız ABŞ dayandıra bilər".

"ABŞ tərəfindən, prezident Trampdan bəzi siqnallar gəlir. Onlar deyirlər ki, kompromis vaxtıdır. İrəli doğru addımlar atmalıyıq. Biz bir çox güzəştə getdik. Putin və dostları hələ də həbsdə deyillər. Bu, dünyanın indiyə qədər etdiyi ən böyük güzəştdir. Biz atəşkəsə razılaşdıq, Putin isə imtina etdi", - Zelenski əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər