Səudiyyə Ərəbistanı humanitar layihələrini davam etdirir
Səudiyyə Ərəbistanı Krallığının dünyanın bir çox ölkəsinə və ehtiyacı olan insanlara humanitar layihələrini davam etdirir.
Avrasiya.net xəbər verir ki, Kral Salman adına Humanitar Yardım Mərkəzi Çadın Əl-Bataa əyalətində ən çox ehtiyacı olanlara 1499 qutu xurma paylayıb.
Yardımdan 8994 nəfər yararlanıb.
Mərkəzi daha sonra Kosovonun Fuş şəhərində 200 ərzaq səbəti paylayıb. 1000 nəfərə yardım göstərilib. Qeyd edək ki, layihə Kosovonun 30 rayonunda 40 000 nəfərin faydalanması üçün zəruri maddələr olan 8 017 ərzaq səbətinin paylanmasını nəzərdə tutur.
Mərkəz bundan başqa İndoneziyanın paytaxtı Şərqi Cakartanın Penang Ranti bölgəsində ehtiyacı olanlara 75 ərzaq səbəti paylayıb. 314 nəfərə yardım göstərilib.
Layihədən Cakarta, Banten, Qərbi Yava və Mərkəzi Yava əyalətlərində 30 min insan faydalanacaq.
Benin Respublikasının Koulin əyaləti, Salfo Bələdiyyəsinə də 280 ərzaq səbəti paylanılıb.
1680 nəfərə yardım göstərilib. Qeyd edək ki, layihə Beninin bir neçə bölgəsində 47 000 nəfərin faydalanması üçün zəruri ərzaq məhsulları olan 7 825 ərzaq səbətini paylamaq məqsədi daşıyır.
