İ"ranla müharibə ABŞ-a baha başa gələ bilər"

Tramp İranla münasibətlərdəki problemlərin hərbi yolla həll etmək cəhdlərinin ABŞ-a baha başa gələcəyinin fərqindədir, onun özünün bu kimi məsələlərdə səriştəli olmadığı ekspertlərə bəllidir, sadəcə Pentaqon və Mərkəzi Kəşfiyyat idarəsindən Ag Evə sızdırılan məlumatlarda İranla müharibənin uzun və üzücü olacağ, eyni zamanda ABŞ-a baha başa gələcəyi ilə bağlı məlumatlar var, bu, məlumatlarda isə prezidentə İranla bağlı problemləri güc müstəvisi üzərində həll etmək tövsiyə olunmur.

Bunu Avrasiya.net-ə politoloq Elşən Manafov deyib.

O, qeyd edib ki, İranın hərbi aresenalındakı səsdən güclü ballistik raketlərin olması ABŞ-ın regiondakı hərbi bazaları üçün ciddi və kifayət qədər real təhlükədir, bundan əlavə Tehran hansı hərbi gücə malik olduğunu keçən yayın 12 günlük müharibəsi zamanı əyani şəkildə göstərdi, o zaman İsrailin öyündüyü "Dəmir dəbilqə" belə İranın ballıstik raketlərini tam mənada zərərsizləşdirə bilmədi:

"ABŞ və Böyük Britaniya tərəfindən məlum dəstək olmasaydı, İsrail özünün hava məkanının təhlükəsizliyini təmin etmək iqtidarında olmayacağı bəlli idi.

Bundan əlavə Çin və Rusiya tərəfindən İrana olan siyasi və hərbi dəstək regionun barıt çəlləyinə çevriləcəyini düşuüməyə əsas verir.
Bəlli problemlərlə üzbəüz qalan ABŞ Nerenyahu hökumətinin onu İrana qarşı müharibəyə təhrik etməsinə baxmayaraq son və qəti qərarı verməkdən çəkinir, ona görə də problemin danışıqlar yolu ilə həllini tapa biləcəyi ilə bağlı illyuziyalara varır və hamını da buna inandırmaq istəyir".

O, qeyd edib ki, Trampın İranın nüvə proqramı ilə bağlı rəsmi Tehrana ünvanladığı tələblər onun əsil niyyətini ört-basdır etmək istəyindən irəli gəlir. Tramp Fars körfəzini bağlayaraq həm İranı, həm də Avropanı enerji əməkdaşlığı ilə baglı mənfətdən məhrum etmək, Avropanı ABŞ-ın enerji asılılığlnda saxlamaq, Hindistanı Rusiya neftindən imtina etməyə razı salmaq istəyir, bunun müqabilində o Hindistana təxminən 400 min barrel Venesuela nefti təklif edir, məqsəd isə Hindistanı Rusiya neftini almaqdan çəkindirməkdir.

"Zira Tramp bu yolla Rusiyanı neft və qazın satışından əldə etdiyi gəlirlərdən məhrum etmək istəyir. Trampa görə Rusiyanın məlum gəlirlərdən məhrum olması onu Ukraynaya qarşı apardığı müharibəni maliyyə çətinlikləri ilə bağlı dayandırmağa məcbur edəcək. Lakin Hindistan Rusiyadan gündəlik 1 milyon 400 min barrel neft alır və haqlı olaraq bu ehtiyacını hansı yolla ödəyə biləcəyi ilə bağlı sorğu ünvanlayır.

Məhz bu problemi həll etmək üçün Tramp Tehranla məxfi danışıqlar aparmaq, sonda isə Rusiya və Çində İrana münasibətdə etimadsızlıq sindromu doğurmaq istəyir.

Tehranın səmimiyyətinə gəlincə dövlətlərarası menasibərlər səmimiyyət müstəvisi üzərundə deyil, qarşılıqlı maraq və güzəşt mestəvisi üzərində qurulur.
Rəsmi Tehran artıq bir neçə dəfə nüvə çalışmalarlndan imtina etməyəcəyini, bunu özünün suveren huququ olduğunu bildirib. Rəsmi Tehran İsrail sionizmini birmənalı şəkildə dəstəkləyən Trampın əsl məqsədinin İrandakı islamçı rejimi yıxmaq, pəhləvilərin hakimiyyətini bərpa etmək niyyətinin mahiyyətinə varır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər