Prezident İlham Əliyevin sülh siyasətinin məntiqi nəticəsi

ABŞ vitse-prezidenti Vensin Ermənistana və Azərbaycana səfəri sadəcə protokol səfəri olmadı. Bu səfər regionumuz üçün unikal bir şans, Cənubi Qafqaz uğrunda qlobal rəqabətdə yeni strateji mərhələnin başlanmasının göstəricisi oldu. Hər 2 dövlətlə strateji tərəfdaşlıq xartiyalarının imzalanması qlobal geosiyasətdə Cənubi Qafqazın oynadığı rolun və bu məkanın ABŞ tərəfindən necə qiymətləndirilməsinin göstəricisi hesab oluna bilər.

Strateji tərəfdaşlıq xartiyalarının imzalanması o deməkdir ki, ABŞ Cənubi Qafqazı özünün “həyati maraqları” dairəsinə aid olan qlobal geosiyasi məkan kimi, enerji və tranzit mərkəzi baxır və bu məkanda öz siyasətini Ermənistanla Azərbaycan üzərində qurur. Qeyd etmək lazımdır ki, ABŞ uzun müddət Cənubi Qafqazda öz siyasətini Gürcüstan üzərindən qurmağa çalışsa da buna müvəffəq ola bilməyib. Hazırda ABŞ regiondakı prioritetlərini yenidən nəzərdən keçirməklə qlobal rəqabətdə üstün mövqe qazandı və eyni zamanda Cənubi Qafqazda Rusiya və İranın mövqelərini və təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflətdi, Çinin regiona daxil olmasının qarşısını almaq üçün preventiv tədbirlər gördü.

Bu səfər regionumuzda geosiyasi balansı dəyişməklə bütövlükdə Cənubi Qafqaz üçün sabitlik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoydu, ümumregional aspektlə yanaşı ölkəmiz üçün də bir neçə istiqamət üzrə faydalı oldu.

Səfərin Azərbaycan üçün faydalarını Zəngəzur dəhlizinin işə düşməsinin sürətlənməsi, energetika, müdafiə, təhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq istiqamətləri üzrə dəyərləndirmək olar.

Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirə sadəcə bir marşrut kimi deyil, bütövlükdə türk dünyasını, Avropanı Asiya ilə birləşdirən nəqliyyat kommunikasiya qovşağı, Cənubi Qafqazın geosiyasi taleyini müəyyən edən, regionda qalıcı sülhə xidmət edən, təhlükəsizliyə təminat verən həlledici amil kimi qiymətləndirilməlidir.

Bundan başqa, müdafiə sənayesi və terrorizmlə mübarizə, müasir çağırışlara cavab verən süni intellekt sahələrində yeni əməkdaşlıq mexanizmlərinin müzakirəyə çıxarılması ölkənin milli təhlükəsizlik mexanizminin möhkəmlənməsinə və rəqəmsal transformasiya prosesinin sürətlənməsinə gətirib çıxaracağı şübhə doğurmur.

Bütövlükdə ABŞ vitse-prezidenti Vensin regiona səfərinin ilkin qiymətləndirilməsi prezident İlham Əliyevin Vətən müharibəsindən dərhal sonra həyata keçirdiyi sülh siyasətinin, Cənubi Qafqazda qalıcı sülhə və təhlükəsizlik mühitinə nail olmaq üçün ardıcıl fəaliyyətinin uzaqgörən olduğunu bir daha təsdiq edir.


Qulamhüseyn Əlibəyli

Sabiq millət vəkili, BDU-nun Konstitusiya
hüququ kafedrasının baş müəllimi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər