Gömrük Akademiyasında ilkin hazırlıq təlimləri davam edir

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarının vəzifəli şəxsləri üçün təşkil edilən ilkin hazırlıq kurslarının növbəti dinləyiciləri ilə görüş keçirilib. Təlimin təşkili qaydaları ilə tanışlıq məqsədilə keçirilən ənənəvi görüşdə Akademiyanın rəhbərliyi, əməkdaşları və ilkin hazırlıq təlimlərinin dinləyiciləri iştirak ediblər.

Təlim iştirakçılarını salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən təlimlərin effektivliyindən söz açıb. Tədris proqramının məzmunu barədə məlumat verən Akademiya rəisi təlimlərdə dinləyicilərin əldə etdikləri zəruri bilik və bacarıqların vacib rolundan bəhs edərək dinləyicilərə uğurlar arzulayıb.

Qeyd edək ki, gömrük əməkdaşlarından ibarət 2 qrup şəklində təşkil olunan təlimlər 5 həftə davam edəcək.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər