Sanki bir mələk: Leyla Əliyevanın humanist missiyası – Hacı Tahir Abbasovun təəssüratları

Hacı Tahir Abbasov, Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazisi və “İmamzadə ziyarətgah” kompleksinin imamı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşü zamanı dərin və unudulmaz təəssüratlar yaşadığını bildirir. Onun sözlərinə görə, bu görüş yalnız rəsmi xarakter daşımırdı – bu, milli-mənəvi dəyərlərimizin qorunmasına, humanizmə və xeyirxahlığa verilən yüksək önəmin canlı ifadəsi idi.

Hacı Tahir Abbasov vurğulayır ki, Leyla xanımın milli-mənəvi irsimizə olan həssas münasibəti onu xüsusilə təsirləndirib. Şah Abbas Məscidini ziyarət edərkən dini qaydalara əməl etməsi, qadınlara aid hissədə namaz qılıb dua etməsi və Qurani-Kərimi böyük ehtiramla qəbul etməsi onun mənəvi zənginliyini nümayiş etdirib. Bu davranış bir daha göstərir ki, Leyla Əliyeva üçün milli və dini dəyərlər yalnız sözlə deyil, əməl ilə yaşadılan müqəddəs anlayışlardır.

Görüş zamanı şəhid ailələrinə və qazilərə göstərilən diqqət Hacı Tahiri xüsusilə duyğulandırıb. O qeyd edir ki, xalqımız Leyla xanımı məhz bu xeyriyyəçi və humanist fəaliyyətinə görə böyük rəğbət və sevgi ilə qarşılayır.

Hacı Tahir Abbasov Moskvada MDU Botanika bagında baş tutan görüşü də xatırladır. Həmin görüş zamanı ehtiyatda olan polkovnik-leytenant, Qarabağ Qaziləri İctimai Birliyinin Gəncə filialının sədr müavini Ceyhun Əliyev oğlunun onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirərək əməliyyat üçün dəstək xahiş etmişdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə əməliyyat uğurla həyata keçirilmiş və reabilitasiya dövründə də davamlı qayğı göstərilmişdir. Bu gün həmin gənc həyatına davam edir.

Hacı Tahir qeyd edir ki, ən təsirli məqamlardan biri Leyla xanımın həmin ailəni xatırlaması və onların hazırkı vəziyyəti ilə maraqlanması olub. Bu isə sadəcə birdəfəlik yardım deyil, davamlı diqqət və insani münasibətin göstəricisidir.

Gəncəyə səfəri zamanı Leyla xanım Milli Qəhrəman Natiq Qasımovun ailəsini, kimsəsiz uşaqların təhsil aldığı müəssisəni, ziyarət edib, insanlarla səmimi görüşlər keçirib. Onun humanist fəaliyyəti valideyn himayəsindən məhrum uşaqlara, imkansız ailələrə və ehtiyacı olan insanlara göstərilən real dəstəkdə öz əksini tapır.

Hacı Tahir Abbasov sonda vurğulayır:
“Leyla Əliyeva həqiqətən mələk qəlbli, humanist və xeyirxah bir insandır. Onun gördüyü işlər, göstərdiyi qayğı və insanlara verdiyi ümid yüzlərlə ailənin taleyində işığa çevrilib. Bu isə mərhəmətin ən ali təzahürüdür.”

Məqalə dua ilə tamamlanır: Allah ürəyi və əməli ilə savab qazanan belə insanları qorusun.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər