İrana qarşı böyük əməliyyat: Trampın əmri gözlənilir...

ABŞ ordusu İrana qarşı həftələrlə davam edə biləcək əməliyyata hazırlaşır. Bunun üçün Prezident Donald Trampın hücum əmri gözlənilir.

Axar.az xəbər verir ki, bunu adı açıqlanmayan iki ABŞ rəsmisi “Röyters” agentliyinə bildirib.

Rəsmilərin sözlərinə görə, bu, əməliyyat ölkələr arasında daha ciddi bir münaqişəyə çevrilə bilər.

Agentlik qeyd edib ki, rəsmilərin açıqlaması ABŞ və İran arasında hazırda davam edən diplomatik proses üçün risklərin artdığını göstərir.

Rəsmilər deyirlər ki, bu dəfə planlaşdırma daha mürəkkəbdir. Bir rəsmi bildirib ki, davamlı bir əməliyyat zamanı ABŞ ordusu təkcə nüvə infrastrukturuna deyil, İran hökumətinə və təhlükəsizlik obyektlərinə də zərbə endirə bilər.

Rəsmi şəxslər konkret məlumat verməkdən imtina ediblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər