"TEKNOFEST-2026" texnologiya yarışmasına qeydiyyat prosesi başlayıb
Dərc olunub:
Dünən, 22:59
Hər il mütəmadi olaraq Türkiyədə təşkil olunan TEKNOFEST texnologiya yarışına qeydiyyat prosesi başlayıb.
Avrasiya.net SUMTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, Şanlıurfada keçiriləcək yarışlara qeydiyyat prosesi fevralın 20-dək davam edəcək.
Yarışa qoşulmaq istəyənlər https://www.teknofest.org/tr/ saytına müraciət edə bilərlər.
Qeyd edək ki, "TEKNOFEST-2026" Sentyabrın 30-dan Oktyabrın 4-dək keçiriləcək.
