Prezident Münhendə onlarla görüşdü - Siyahı
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib.
Avrasiya.net paylaşımın mətnini təqdim edir:
"Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşləri. Almaniya 13-15 fevral 2026-cı il".
Qeyd edək ki, Prezident İlham Əliyev konfrans çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani, Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak, ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya, Bundestaqın xarici siyasət komitəsinin sədri Armin Laşetlə, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas, Ukrayna Prezidenti Vladimir Zelenski və "The Goldman Sachs Group Inc." şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohenlə görüşlər keçirib.
