Səudiyyə Ərəbistanı səfirliyi Ramazan ayı münasibətilə Azərbaycanda 5 ton xurma paylayıb


Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirinin iqamətgahında xurma paylanması mərasimi keçirilib.

Mərasimdə iştirak edən Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O bildirib ki, bu əlamətdar gün münasibətilə Səudiyyə Ərəbistanı Krallığı qardaş Azərbaycan xalqına Ramazan bayramı sovqatı olaraq ümumilikdə 5 ton xurma hədiyyə edir. Onun sözlərinə görə, bu humanitar aksiya Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri və İrşad Nazirliyinin rəhbərliyi altında həyata keçirilir və nazir Əbdülkərim bin Əbdüllətifin himayəsi ilə icra olunur.

Bildirilib ki, xurma paylanması İslam ənənələrində xüsusi yer tutan mərasimlərdən biridir. Bu adət Ramazan ayı və anım mərasimləri, xeyirxahlıq tədbirləri, eləcə də Həcc ziyarətindən qayıdış zamanı Allahın nemətlərinə şükür və rəhmət diləyi niyyəti ilə həyata keçirilir.

Səfir qeyd edib ki, gətirilən xurmanın böyük hissəsi Qafqaz Müsəlmanları İdarəsinə təhvil veriləcək, qalan hissə isə Səudiyyə Ərəbistanı səfirliyi tərəfindən Azərbaycan Respublikasının müvafiq rəsmi qurumları vasitəsilə ehtiyac sahiblərinə paylanacaq.

Diplomat vurğulayıb ki, bu kimi humanitar proqramlar və xeyriyyə təşəbbüsləri İslam dəyərlərinə, qardaşlıq və həmrəylik prinsiplərinə əsaslanır, eyni zamanda, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu proqram Səudiyyə Ərəbistanı Krallığının təşəbbüsü ilə dünyanın 100-dən artıq ölkəsini əhatə edir.

Diqqətə çatdırılıb ki, Səudiyyə Ərəbistanı Krallığının Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzinin himayəsi ilə yaxın vaxtlarda növbəti mərhələdə daha 25 ton xurmanın Azərbaycana göndərilməsi nəzərdə tutulur. Həmin partiya aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təhvil veriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər