Azərbaycanla Mərakeş arasında təhsil sahəsində əməkdaşlıq sazişi imzalanıb

Elm və təhsil naziri Emin Əmrullayev Mərakeş Krallığına səfəri çərçivəsində bu ölkənin ali təhsil, elmi tədqiqat və innovasiya naziri Azeddin Əl Midaui ilə görüşüb.

Bu barədə Avrasiya.net-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər elm və ali təhsil sahəsində həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə fikir mübadiləsi aparıb. Daha sonra “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Saziş ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə tələbələrin mübadiləsinin həyata keçirilməsi, elmi və ali təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulması və birgə layihələrin icrası da daxil olmaqla bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər