Əməkdaşlığa daha bir töhfə

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ölkəmizdə rəsmi səfərdə oldu. Səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Dövlət başçısı İlham Əliyev ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşdə bildirdi ki, biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son altı ayda baş verənlərə yüksək dəyər veririk.

Bu müddət tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son altı ayda Prezident Donald Trampla iki görüşüm olub. Bu görüşlər və Vitse-prezident Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri həqiqətən tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.

Cənab İlham Əliyev bu əminliyi də ifadə etmişdir ki, səfər güclü əməkdaşlığımıza daha bir töhfə olacaq. Hər bir səfərin əhəmiyyətini təsdiqləyən mühüm amillərdən biri, təbii ki, imzalanan sənədlərdir. Bu baxımdan səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması münasibətlərimizin dünəninə və bu gününə baxış əsasında gələcək inkişafın yol xəritəsinin təqdimatı oldu.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər