"Qarabağ" "Nyukasl"la matça ciddi itki ilə çıxacaq

Sabah UEFA Çempionlar Liqasında "Qarabağ" növbəti matçına çıxacaq. Azərbaycan təmsilçisi "Nyukasl"ı qəbul edəcək.

Avrasiya.net Apasport.az-a istinadla xəbər verir ki, Ağdam klubunun heyətində yalnız bir itki var.

Komandanın əsas qapıçısı Mateuş Koxalskinin zədəsi davam edir. "Qarabağ"ın tibb heyəti qolkiperin "Nyukasl"la görüşdə oynaması üçün bərpa prosesini davam etdirirlər.

Koxalskinin sabah keçiriləcək matçda iştirak edib-etməyəcəyi oyunöncəsi məşqdə bəlli olacaq.

"Qarabağ"ın heyətində başqa itki yoxdur. Koxalski hazır olarsa, Ağdam təmsilçisi görüşə tam heyətlə çıxacaq.

Xatırladaq ki, "köhlən atlar"ın son matçında da Mateuş iştirak etməyib. "İmişli" ilə oyunda onu Fabian Buntiç əvəzləyib.

Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də keçiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər