Kürdə bir nəfər batdı
Dərc olunub:
Dünən, 16:04
Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində bir nəfər batıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
