Avroviziya-2021-in ikinci yarımfinalı: Bu ölkələr finalda!Niderland Krallığının Rotterdam şəhərində Avroviziya -2021 mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

Müsabiqənin ikinci yarımfinalında 17 ölkə - San-Marino, Estoniya, Çexiya, Yunanıstan, Avstriya, Polşa, Moldova, İslandiya, Serbiya, Gürcüstan, Albaniya, Portuqaliya, Bolqarıstan, Finlandiya, Latviya, İsveçrə və Danimarka çıxış edir.

Mövcud pandemiya səbəbindən Avroviziya-2021 müsabiqəsi məhdud sayda – real tutumun 20 faizi qədər tamaşaçının iştirakı ilə keçirilir. COVD-19 testi neqativ çıxan 3500 tamaşaçı müsabiqəni maskasız izləyə bilir.

Sayca 65-ci olan “Avroviziya” mahnı müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. Təşkilatçılar ötən il baş tutmayan müsabiqənin devizini – “Open Up” (“Açıl”) – bu il də saxlayıblar. “Dövrümüzün ruhunu əks etdirən bu mövzunu seçməyi vacib hesab etdik. Bu şüarla insanları səmimi şəkildə bir-birindən fərqli fikirlərə, bir-birinin hekayələrinə və əlbəttə ki, bir-birinin musiqisinə açıq olmağa dəvət edirik” , – deyə müsabiqənin icraçı prodüseri Sietse Bakker bildirib.

Xatırladaq ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb.

***

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

Səsvermənin nəticələrinə əsasən ikinci yarımfinal mərhələsindən final mərhələsinə adlayan ölkələr Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiya olub.

Qeyd edək ki, ilk yarımfinalda Azərbaycan, Norveç, Litva, İsrail, Rusiya, Malta, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri finala adlamışdılar.

Müsabiqənin final yarışması mayın 22-də keçiriləcək.

Səməd Səmədovun bacısı və baldızı koronadan vəfat etdiXalq artisti Səməd Səmədovun bacısı və baldızı koronavirusdan dünyasını dəyişib.

Kult.az xəbər verir ki, müğənni bu haqda "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, COVİD-19 ondan əzizlərini alıb:

"İndi-indi dirçəlməyə başlamışıq. Bacımı və baldızımı itirdim".

İfaçı pandemiya ərəfəsində avtomobilini satdığını söyləyib. O bildirib ki, təzə maşını sataraq, əvəzində köhnə və ucuzunu alıb.
"Speys" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Avrasiya.net xəbər verir ki, bu vəzifəyə Azərbaycanın əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.

Qeyd edək ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.

İran səfirliyinin Mədəniyyət Mərkəzinin Şərqşünaslıq İnstitutuna hədiyyə etdiyi kitabların təqdimatı olubİran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi mayın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

İnstitutdan bildirilib ki, G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunun elmi istiqamətləri barədə səfirə məlumat verərək, iranşünaslıq sahəsində aparılan tədqiqatlardan, görkəmli alimlərimizin elmimizə bu sahədə verdikləri böyük töhfələrdən ətraflı danışıb. Ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən institutun direktoru bu cür görüşlərin hər iki tərəfin elmi əlaqələrinin genişlənməsinə böyük fayda verdiyini qeyd edib.

Seyid Abbas Musəvi Azərbaycan–İran münasibətlərindən danışaraq elmi əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən Şərqşünaslıq İnstitutuna hədiyyə edilən kitabların təqdimatı olub. G.Baxşəliyeva səfir Seyid Abbas Musəviyə və Mədəniyyət Mərkəzinin sədri Əli Purmərcana təşəkkürünü bildirərək, bu kitabların iranşünas alimlərin tədqiqatları üçün faydalı olacağına əminliyini bildirib.
Avroviziya 2021: Təmsilçimiz finala vəsiqə qazandıNiderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Avrasiya.net xəbər verir ki, Azərbaycanı Avroviziyada təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxaraq “Mata Hari” adlı mahnısını ifa edəcək.

Birinci yarımfilanda Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta təmsilçiləri də çıxış edəcək.

***

Azərbaycan təmsilçisi Samirə Əfəndi "Mata Hari" mahnısı ilə çıxış etdi.

***

Təmsilçimiz Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycanla yanaşı Norveç, Litva, İsrail, Rusiya, Malta, Kipr, İsveç, Belçika və Ukrayna təmsilçiləri də finala adlayıblar.
“Space”də ETİRAZ: “Vaqif Mustafayevin əmlakı satılsın, maaşlar ödənilsin!”“Space” telekanalının ətrafında gedən söz-söhbətlər səngimək bilmir. Ən əsası beş gün öz vəzifəsini icra edən Ülviyyə Mikayılovanın qəflətən istefa verməsi isə elə bil bu oda bir az da benzin səpdi. Ondan sonra diqqətlər televiziyanın yaradıcılıq böhranına deyil, maliyyə məsələlərinə yönəldi.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, işçilərin bir çoxu kanaldan aylarla maaşlarını ala bilmədikləri üçün ümumiyyətlə işə gəlib, öz səlahiyyətlərini yerinə yetirmir.

Bu barədə onlara irad bildirdikdə isə “Nə vaxt maaş olar, onda gələrik” deyə cavab verirlər. Kanalın əməkdaşlarının bir qismi isə sentyabra qədər maaşlarının bütöv ödənilməsini gözləyib, kanalı tərk edəcəklərini bildirirlər.

Mənbə bildirir ki, işçilərə maaşlar 2-3 aydan bir ödənilir. Belə ki, dekabr ayında iyunun maaşını alanlar yanvar, fevral və mart ayında məvacib almayıb. Daha sonra aprel ayında maaş alarkən işçilərə keçən ilin avqust ayı üçün əməkhaqqı ödənilib. Hazırda işçilərə ödənilən son məvacibin avqust ayı üçün nəzərdə tutulduğunu hesablasaq, kanalın əməkdaşları doqquz aylıq əldə edə bilmədikləri pullarını gözləyirlər. Mənbənin sözlərinə görə, zamanında maaş ala bilməyən əməkdaşlar bu vəziyyətə etiraz etdikdə, V.Mustafayev tərəfindən dərhal kanaldan uzaqlaşdırılırdı.

Mənbənin verdiyi məlumata görə, heç nəyə baxmayaraq, bəzi sadiq işçilər kanalda proseslərin yaxşılığa doğru dəyişəcəyinə ümid edir.

Kanalın bəzi işçiləri isə maaşlarını kanalın keçmiş rəhbəri Vaqif Mustafayevdən və proqram departamentinin direktoru olmuş Tamara Məmmədovadan tələb edir. Mənbə bildirir ki, kollektiv arasında “Vaqif müəllimin sağ əli” kimi tanınan “Toma” ləqəbli bu xanım son zamanlar kanalın bütün müqəddəratını həll edirdi.

Ağzı “süddən yanan”, aylarla maaş üzünə həsrət qalan kollektiv isə bu şəxslərdən halal zəhmətlərini, haqlarını tələb edir:

“Vaqif Mustafayev “Space”in pulları ilə özünə nə qədər evlər, obyektlər aldı. “Toma”sına da nə qədər ev, obyekt alıb. Burada bir yol var, bu əmlaklar onlardan müsadirə edilib satışa çıxarılmalıdır ki, biz əməkhaqlarımızı alaq və kanal borc bataqlığından qurtulsun. Yoxsa bunun başqa yolu yoxdur”, - deyə əməkdaşlar etiraz edirlər.

Xatırladaq ki, 2006-cı ildən kanalın rəhbəri olmuş Vaqif Mustafayev 2021-ci il fevralın 5-də vəzifəsindən azad edilib.

Onu kanalda müvəqqəti olaraq Kamil Şahverdiyev əvəz edib. Daha sonra isə may ayının 5-də rəsmi olaraq bu vəzifəyə Ülviyyə Mikayılova təyinat alıb. Lakin beş gündən sonra o, qəfildən ərizə yazaraq istefa verib. Buna səbəb kimi isə kanalın borcunun həddən artıq çox olması göstərilib. Hazırda kanalı yenə müvəqqəti olaraq Kamil Şahverdiyev idarə edir.
“Eurovision-2021”də Azərbaycanın səsverməsini onlar elan edəcəkİctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2021” mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxslərin adlarını açıqlayıb.

İTV-nin mətbuat katibi Aynurə Asimqızının verdiyi məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Eurovision”u Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək.

Eldar və Nigar yarışmanın qaydalarına əsasən mayın 22-də final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.

Qeyd edək ki, yarımfinal mərhələləri bu gün və may ayının 20-də keçiriləcək mahnı müsabiqəsində təmsilçimiz Efendi “Mata Hari” adlı bəstə ilə birinci yarımfinalda çıxış edəcək.

Şüarı “Open up!” olan müsabiqənin Azərbaycan üzrə şərhçiləri isə müğənni Murad Arif və aparıcı Hüsniyə Məhərrəmova olacaq.

Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlancaq.
TELEVİZİYA KANALININ İMİCİNİ KİM FORMALAŞDIRIR?Könül Quliyeva
"EURO MEDİA QRUP" MMC-nin direktoru

Cavab bəllidir: veriliş aparıcısı.


Dünyanın nüfuzlu televiziya kanallarının təcrübəsi onların nəhəng auditoriyaya sahib olmaqla təsiredici qüvvəyə çevrilməsində aparıcıların nə dərəcədə mühüm rol oynadıqlarını göstərir.
Bu gün ekran qarşısında əyləşən tamaşaçı ona xoş, səmimi, kommunikativ və interaktiv münasibət göstərən, onunla həmfikir olan teleaparıcını görmək və dinləmək istəyir, onu inandığı və etibar etdiyi şəxsiyyət kimi qəbul edir. Bu baxımdan, teleaparıcılıq peşəsi müasir televiziyada xüsusi yer tutur.

Televiziya verilişinin aparıcısı özündə şərhçi, diktor və müsahibə alan şəxsin keyfiyyətlərini birləşdirən, həm özünün tərtib etdiyi, həm də digər müəllifin hazırladığı mətndən istifadə edən, jurnalist, aktyor və psixoloq bacarıqlarına malik olan, fotogenik zahiri görkəmi və düzgün nitq qabiliyyəti ilə fərqlənən, mədəni, savadlı, geniş dünyagörüşlü və hazırcavab şəxs olmalıdır.
Aparıcının üslubu onun şəxsiyyətinin bənzərsiz yaradıcılıq məzmunu ilə müəyyən edilir. Bu səbəbdən heç də hər bir kəsə öz fərdi üslubunu yaratmaq nəsib olmur, lakin başqasının davranış tərzindən istifadə etmək daha asandır. Qeyd edilməlidir ki, imic peşəkar mütəxəssisin öz üzərində yorulmadan çalışdığı yaradıcılıq prosesində əldə edilən fərdi xüsusiyyətdir.

Müasir televiziyada üç aparıcı qrupu bir arada cəmləşir: diktorlar, aktyorlar, jurnalistlər. Onlar bir-birlərindən nə ilə fərqlənirlər? Diktor ilk növbədə ifaçıdır. Onun səsi, mimikaları, aktyorluq qabiliyyəti başqa bir şəxsin (müəllifin) yazdığı və peşəkar redaktor tərəfindən redaktə olunmuş mətni izləyiciyə çatdırmaq məqsədi daşıyır. Jurnalist isə ekranda öz mətnini təqdim edir və ya (lazım olduqda) ssenari planı çərçivəsində improvizasiya edir. Televiziya hadisəni canlı efirdə təqdim edirsə, jurnalist müxbir rolunda çıxış edir. Mahiyyət etibarı ilə televiziyada müəllif fəaliyyəti ifaçılıq sənətinin müəyyən forması olan diktor fəaliyyəti ilə ziddiyyət təşkil edir.
İzləyicilərlə ünsiyyət bu gün daha canlı xarakter alır. Əvvəlki diktorlar yeni və getdikcə çətinləşən vəzifələrin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən bir çox televiziya verilişlərinin aparıcıları qismində məşhur və populyar aktyorlar çıxış edirlər. Bu halda izləyicilərin diqqətini aparıcının aktyorluq bacarığından daha çox onun şəxsi keyfiyyətlərini üzə çıxaran səmimiliyi, təbiiliyi cəlb edir.

Televiziya verilişinin aparıcısı bu gün KİV seqmentində ən çox tələb olunan peşələrdən biridir. Bəs bizim televiziya efirimizdə aparıcı hazırlığını müasir tələblərə uyğun şəkildə qura bilmişikmi?

Aparıcı hazırlığına televiziya işçilərinin müstəqil peşə fəaliyyətinə ümumi hazırlığının mühüm tərkib hissəsi kimi baxılmalıdır. Aparıcıya kamera qarşısında ünsiyyət ustalığının, yüksək davranış və nitq mədəniyyətinin aşılanmasına xüsusi diqqət yetirilməlidir. Televiziya aparıcılarının işində başlıca amil onların bu peşənin bütün nümayəndələrini bir-biri ilə əlaqələndirən ümumi peşə keyfiyyətləri və onları bir-birindən tamamilə fərqləndirən fərdi xüsusiyyətləridir.

Ekranda psixoloji və intellektual gərginlik, maksimum diqqət tələb edən canlı ünsiyyət məqamlarını çox zaman improvizasiya rejimində tamaşaçılarla birgə yaşayan televiziya aparıcısı özünün bənzərsiz və təkrarolunmaz şəxsiyyətini təqdim etməyi və izləyicilərin diqqətini verilişə cəlb etməyi bacarmalıdır. Fəqət, istənilən televiziya verilişinin uğuru, heç şübhəsiz, onun aparıcısından asılıdır.

Bu gün aparıcıların peşə təhsilində hansı yanaşmalar mövcuddur? Tanınmış efir ustalarının yaradıcılıq təcrübəsi nə cür öyrənilir? Televiziya aparıcılarının peşəkarlıq xüsusiyyətləri dəsti nədən ibatərdir? Bu suallara cavab axtarışında beynəlxalq təcrübəyə nəzər yetirmək faydalıdır.

Tanınmış ingilis tədqiqatçısı, uzun illər BBC-də çalışmış Brus Lyuis “Televiziya diktoru” kitabında aparıcının peşəkarlıq keyfiyyətlərinə hərtərəfli təhsili, böyük həyat təcrübəsini, intellektuallığı və yumor hissini, təmkinliyi və inadkarlığı, yaradıcı təxəyyülü və həvəsi, səbir və əzmkarlığı, özünə inama əsaslanan təvazökarlığı, komanda ilə və komandada işləmək bacarığını aid edir. Bu keyfiyyətlər son nəticədə televiziya verilişləri aparıcısı üçün önəmli “üslub”, “tərz”, “imic”, “ampula” anlayışlarını formalaşdırır.

Unutmaq olmaz ki, tamaşaçıların böyük əksəriyyəti ekranda səslənən nitqin məzmununa deyil, verbal elementlərə reaksiya verir, aparıcının zahiri görkəminə, mimika və jestlərinə, ünsiyyət maneralarına daha çox diqqət yetirir. Lakin bu o demək deyil ki, proqramın yayımlandığı studiya model və gözəllik yarışmasının keçirildiyi məkana çevrilməlidir. Ölkənin televiziya efirində xəbərlər proqramlarının yayımı bəzi hallarda dəbdə olan geyimlərin, ifrat dərəcəli makiyajın nümayişinə çevrilir. Hava proqnozunu səsləndirən müqəvva görünüşlü xanımlar isə sözün həqiqi mənasında gülüş obyektinə çevrilirlər.

Xüsusilə qeyd edilməlidir ki, hər hansı bir verilişin uğurlu alınması teleaparıcının biliyi, professional hazırlığı, nitq və davranış mədəniyyəti, bir sözlə, onun mənəvi keyfiyyətlərindən asılıdır. Onun intellektual qabiliyyəti, erudisiyası, dünyagörüşü izləyici diqqətinin cəlb edilməsində olduqca mühüm şərtdir. Bu və ya digər informasiyanın tamaşaçıya çatdırılması onun keyfiyyətindən, səviyyəsindən daha çox, teleaparıcının şəxsi keyfiyyətlərindən asılıdır. Bu keyfiyyətlər isə təcrübədə formalaşır, cilalanır və təkmilləşir.

Bəzi televiziya kanallarında xəbərlər və tok-şou proqramlarının aparıcılarına diqqət yetirərkən sıradan olan bir izləyici kimi müəyyən suallarla üzləşirəm. Görəsən televiziya şirkətlərinin rəhbərləri, redaktorlar aparıcı seçimində hansı meyarlara üstünlük verirlər? Aparıcı hazırlığı prosesinə psixoloqlar, imicmeykerlər, nitq və davranış mədəniyyəti mütəxəssisləri cəlb olunurlarmı? Teleaparıcıların attestasiyası keçirilirmi? Onların reytinq cədvəli mövcuddurmu?

Televiziya efiri incanların ideoloji baxışlarının, dünyagörüşünün və zövqünün formalaşmasına güclü təsir göstərən real məkandır. Bu məkanın sahibləri isə hər gün ekran vasitəsilə evimizə çağırılmamış qonaq qismində təşrif buyuran aparıcılardır. Bəzi hallarda xoş ovqat bəxş edir, bəzi hallarda isə qonaqpərvərliyimizdən sui-istifadə edib bizi qıcıqlandırırlar. Birincilərdən ayrılmaq, ikinciləri anlamaq çətindir.

Televiziya kanalının imici barədə düşünənlər bu həqiqəti dərk etməlidirlər – tamaşaçı gözünü televizor ekranına çətinliklə üzləşmək üçün yox, məlumatlanmaq və zövq almaq üçün dikir.

Uzun müddətdir ki, Əməkdar artist Mətanət İsgəndərli ilə keçmiş gəlini Canana arasında qalmaqal bitmək bilmir.

Publika.az xəbər verir ki, Mətanət İsgəndərli koronavirusa yoluxan zaman Canana sosial media hesabında keçmiş qayınanası ilə fotosunu paylaşaraq izləyicilərdən ona dua etmələrini xahiş edib. Lakin izləyiciləri onun bu addımını birmənalı qarşılamayıblar.

Bununla bağlı Canana yenə də İnstaqram hesabında açıqlama yayıb: "Komentlərinizi oxuyub düşünürəm ki, necə də qınayırsız. Mən sadəcə dua edib şəfa istədim, demədim ki, bağışlayıram. Mən balalarıma əziyyət verən insanı heç bir vaxt bağışlamaram. Bəli, mənim balalarım bu günkü gündə evsizdir. Mətanət xanımın oğlunun artıq ailə həyatı quracağı namizədi mənə zəng vurub hədə-qorxu gəlir. Deyir ki, 3 uşağını 500 manat alimentlə dolandır. Onları evlə bağlı narahat etmə. Sizcə, haqq budur? 21 il o ailədə gəlin olmuşam. 8 il nişanlı 12 il gəlin. Bu uşaqlar sizin fikrinizcə, evsiz qalmalıdılar? Sualım məni qınayanlaradır. Onsuz da bilirsiz ki, pulsuz heç bir məhkəmədə qalib ola bilmirsən. Haqqlı olsan da, haqsız çıxarırlar. Buraxıram zamanın öhdəsinə. Zaman hər bir şeyin dərmanıdır".
Müğənni Kərim Oqtay Əliyevə qalib gəldi"Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə müğənni Kərim Abasov arasındakı məhkəmə işi başa çatıb.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Kərim Abbasov sosial şəbəkədə yazıb. O, məhkəmədə qalib gəldiyini açıqlayıb:

"Haqq-ədalət yenə də öz yerini tapdı. Məhkəmənin qalibi mən oldum, iş icraya göndərildi. Apellyasiya məhkəməsi qərarı mənim xeyrimə çıxardı. Yenə də arzunuz ürəyinizdə qaldı. Siz məni məhkəməyə yox, çalışdığınız kanallarda qadağaya qoymağa davam edin. Sevdiyi işdir, "qadağa" qoymaq. Bəlkə onunla özünüzə rahatlıq taparsınız. Sizə yazığım gəlir, Allah sizi hidayət etsin".

Qeyd edək ki, müğənni ilə prodüser arasındakı qalmaqala səbəb O.Əliyevin aparıcı qardaşı Elçin Əlibəyli olub. Kərim aparıcı Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinə görə məhkəməyə verilib. İfaçı eyni zamanda E.Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini iddia etmiş, aparıcının ünvanına təhqirlər yazmışdı. O.Əliyev Kərimdən 200 min manat təzminat istəyirdi.