"Minsk Qrupunun tarixdən silinməsini istəyirik"

Azərbaycan ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Minsk Qrupu 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdi və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədi:

"Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur".

H.Hacıyev əlavə edib ki, hazırda Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda təzminat məsələsi yoxdur:

"Lakin Azərbaycan bütün ziyanların düzgün qiymətləndirilməsini aparıb. Ermənistan beynəlxalq hüququ açıq şəkildə pozub, 30 il ərzində Azərbaycan torpaqlarını işğal edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlar şəhər və kəndlərimizi tamamilə dağıdıblar. BMT metodologiyası əsasında apardığımız qiymətləndirməyə görə ziyanın məbləği 150 milyard ABŞ dolları civarındadır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər