Sizin Reklam Burada

Bakı Rəqs Çempionatının qalibləri müəyyən edildi - FOTO

Bakı Rəqs Çempionatının qalibləri müəyyən edildi -Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil edilmiş 2023-ci il Bakı Rəqs Çempionatının qalibləri müəyyən edilib.

Çempionat solo, duet, kiçik qrup, qrup, ansambl və böyük ansambl nominasiyalarında keçirilib. Müsabiqədə Bakı və ölkənin regionlarının nümayəndələri iştirak ediblər.

"Keçirilən çempionatda həm tanış olan kollektivlərin, həm də özlərini göstərməyə qərar verən yenilərin çıxışlarını gördük. Hər nominasiyada ciddi rəqabət olub, lakin Folk Stayl ansambl nominasiyasında üç kollektivin rəqabəti xüsusilə fərqlənib. Hakimlər sona qədər ümumi fikrə gəlməyə çalışdılar və nəhayət, qərar verdilər. Beləliklə, mən "Azad rəqs" kollektivini, xüsusən onların bədii rəhbəri Rəhim Babayevi qələbə münasibətilə təbrik edirəm. Onlara böyük uğurlar arzulamaq istəyirəm. Həmcinin "Bakı Ritm Qrupu" ansamblını, Rəhman İmanovu və “Alov “ ansamblını Emil Pənahovun rəhbərliyi altında qalib gəlmələri münasibətilə təbrik edirəm!", - deyə təşkilat komitəsinin sədri Əziz Əzizov bildirib.

Qran-pri qalibi isə Folklor Stilizasiya nominasiyasında Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin solisti Lamiyə Hacızadə olub.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər