İranda ziyarətgaha hücum edən terrorçulardan biri tutulduİranın Şiraz şəhərində Şah-Çıraq məqbərəsinə hücum edən terrorçulardan biri tutulub.

Bunu ETTELAAT rəhbəri İsmayıl Xətib deyib.

“Şirazdakı silahlı hücumda iştirak edən terrorçu İmam Zaman hərbi birləşməsi tərəfindən saxlanılıb”, - Xətib bildirib.

Qeyd edək ki, oktyabrın 26-da terrorçuların Şiraz şəhərindəki Şah-Çıraq məqbərəsinə hücumu nəticəsində 13 (bəzi mənbələrə görə 20) nəfər ölüb, 45 nəfər isə yaralanmışdı.
Şabranda narkotik satan qohumlar saxlanılıbŞabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri - Ruslan Əliyev və Mahir Quliyev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman 6 kiloqrama yaxın narkotik vasitə olan marixuana və 161,4 qram həşiş aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Ermənistan və İran "bir millət - iki dövlət" elan edildi - İrəvanda FARS + FOTO"Bu şəkil ötən ilin dekabrında İrəvanda çəkilib. Şəkildəki əmmaməli şəxs İranın "beynəlxalq" Əhli Beyt təşkilatının rəhbəri Ayətullah Həsən Əxtari, keşiş geyimində olan isə erməni Qriqoryan kilsəsinin təmsilçisidir. Erməni və fars xalqlarının - Əxtariyə görə, "İran xalqlarının" - ortaq dəyərləri ilə bağlı nəşr olunan kitab barədə təəssüratlarını bölüşürlər...

Deməli, Ayətullah Əxtari İrəvana erməni kilsəsinin dəvəti ilə gedib və İrəvan Universitetindəki çıxışı zamanı deyib ki, ermənilər və "iranlılar" (farslar) qardaş xalqlardır.

İrəvan Universitetinin rektoru Aram Simonyan da Əxtarinin çıxışından vəcdə gələrək, Ermənistan və İranın "bir millət - iki dövlət" olduğunu bəyan edib və Ayətullah Həsən Əxtari də erməni qardaşının könlünü qırmayıb və onun plagiat şüarını təkrarlamağı özünə borc bilib.

Məsələnin Güney Azərbaycanlı soydaşlarımız və bütövlükdə "İran İslam Respublikası" adlanan dövlətin ərazisində, öz tarixi vətənlərində yaşayan türklər barədə olan tərəfini, hələlik bir yana qoyaq. Yəni hər kəsə bəllidir ki, sözügedən dövlətin vətəndaşı olan 35-40 milyon türkün "erməni" adlı qardaşı yoxdur, olması da mümkün deyil. O zaman belə anlaşılır ki, ermənilər məzhəb pərdəsinə bürünmüş fars-molla rejiminin qardaşlarıdır. Olsun... Bunu onsuz da bilirdik. Və bu səbəbdən də "İran İslam Respublikası" adlanan şeytan yuvasından heç vaxt heç bir gözləntimiz olmayıb. İndi də yoxdur və nə qədər ki, panfarsist, panarizm xəstəliyinə mübtəla olmuş molakratiya rejimi hakimiyyətdədir, olmayacaq.

Məhz bu səbəbdən də Azərbaycanda gözü saxta ideoloji pərdələrlə və yaxud maraqlarla örtülməyən bir kimsənin ağlından "İranın Azərbaycana köməyə gələcəyi" fikrinin keçdiyini düşünmürəm.

Azərbaycan Respublikasında hər kəs çox yaxşı bilir ki, İran Azərbaycan torpaqlarının işğalına başlandığı ilk gündən Ermənistanın yanında olub, Levon Ter-Petrosyanın dediyi kimi, "Ermənistan üçün həyat yolu" funksiyasını yerinə yetirib.

Mollakratiya Azərbaycan torpaqlarının işğaldan azad olunmaması üçün bacardığı bütün nakişilikləri, naqislikləri edib, torpağımızı və təbii sərvətlərimizi "torba ilə daşıtdırıb". İkinci Qarabağ müharibəsində də İranın molla rejimi erməni qardaşlarının məğlub olmaması üçün bütün iyrəncliklərə əl atıb...

İndi bütün bunlardan sonra İranın erməniyə "qardaş" deyən panfarsist rejiminin nə zamansa Azərbaycana dəstək verə biləcəyini düşünmək və hətta buna inanmaq, məncə gerçək, yaxud məqsədli sadəlövhlüyün, saflığın zirvəsi sayıla bilər. Bu təxminən möminin şeytandan mərhəmət gözləməsinə bənzəyir...

Mənim qardaş deyə biləcəklərim milli mənsubiyyətindən, dinindən, məzhəbindən asılı olmayaraq, haqqın, ədalətin yanında, zülmün qarşısında olanlardır. Mənim qardaşlarım Azərbaycan Respublikasının Vətən sevdalı vətəndaşları, sayı 50 milyondan çox olan azərbaycanlılar, Azərbaycan türkləri, milli davadan vaz keçməyən bütün qardaş türk dövlətlərinin və topluluqlarının təmsilçiləri, şərə boyun əyməyən müsəlmanlar və qeyri müsəlmanlardır. Azərbaycan dünyəvi dövlətdir və bu ölkənin vətəndaşlarını ilk növbədə Vətən sevgisi, ortaq mədəniyyət, ortaq dəyərlər birləşdirir.

Mənim dövlətimin məzhəbi, təriqəti yoxdur. Kimin öz inancını necə yaşaması onun öz şəxsi işidir. Təbii ki, dövlət üçün təhlükə yaratmayanadək... Bunu hər kəs birdəfəlik yaddaşına yazsın və tez-tez təkrarlasın ki, xatırlatmağa ehtiyac duymayaq!

Elçin Mirzəbəyli, Əməkdar jurnalist
Müvəkkil Hüquq Mərkəzi Şirvan şəhərində şəhid ailələri ilə bağlı tədbir keçribAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkılatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" adlı tədbir keçirilib. Təşkilatın rəhbəri, hüquqşunas Səməd Vəkilov bildirib ki, şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin hüquqlarının təmin olunması dövlətimizin daimi diqqət mərkəzindədir. Həyata keçirilən bu layihə də bu dövlət siyasətinin tərkib hissəsidir.

S.Vəkilov bildirdi ki, layihə çərçivəsində 4 şəhər və rayonda tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Şirvan şəhərində tədbirin keçirilməsi Azərbaycan Respublikası Milli Məclisin deputatı, millət vəkili İltizam Yusifovun təşəbbüsü ilə baş tutmuşdur.

Tədbirin və birliyin başlıca məqsədinin şəhid ailələri, müharibə əlillərinin və veteranlarının hüquqlarının müdafiəsinin təşkilinə hüquqi dəstək göstərmək və bu istiqamətdə maarifləndirmə işinin təşkili olmasını tədbir iştirakçılarınının diqqətinə çatdırıldı.

Tədbirdə əsas mövzunun şəhid adlarının əbədləşdirilməsi və şəhid ailə üzüvlərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması və.s mövzularda müzakirələr aparıldı. Səməd Vəkilov şəhid ailəsi statusu, onlara verilən təminatlar, şəhid ailələrinin mənzillə təmin edilməsi qaydaları , Müharibə vetiranı statusu verilməsindən imtinanın əsasları , veteran vəsiqəsi , müharibə veteranı statusunun verilməsi və s. məsələlər barədə tədbir iştirakçılarına məlumat verdi.

Təşkilatın sədr müavini, müharibə iştirakçısı Mobil Vəkiloğlu tədbir iştirakçılarının suallarına cavab verdi.


Millət vəkili İltizam Yusifovun səlahiyyətli nümayəndəsi Taleh Məmmədov şəhid ailələrinin , müharibə əlillərinin və veteranları müntəzəm olaraq deputat İltizam Yusifov tərəfindən qəbul olunduğunu, Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan səyyar görüşlər zamanı da qeyd olunan şəxslərlə görüşdüyünü vurğulayaraq qeyd olunan şəxslərini hər zaman yanında olduqlarını vurğuladı.

Vətən müharibəsi zamanı şəhər sakinlərinin Ali Baş komandanın ərtafında sıx birləşərək ordumuza hər cür dəstək göstərdiyini vurğulayan Taleh Məmmədov bu gün də şəhər ictimaətinin də hər zaman şəhid ailələrinə , qazilərə diqqət və ehtiramla yanaşdığını vurğuladı.

Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərə və veteranlarına daima qayğı ilə yanaşıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun hər zaman şəhid ailələrinə diqqət və qayğısından ətraflı danışan Elvin Balayev hər ayın son cümə axşamında Şəhər İcra Hakimiyyəti başçısı İlqar Abbasovun yerli idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştiraki ilə Şəhidlər Xiyabanını ziyarət etdiyini , Şəhid ailə üzüvlərini dinlənildiyini vurğuladı, bununla yanaşı hər həftənin çərşənbə günü Şəhər İcra Hakimiyyətinin İnzibatı binasında cümə axşamı günləri isə səyyar görüşlərdə qəbullar zamanı şəhid ailələrinə xüsusi diqqətlə yanaşıldığı və ölkə rəhbərliyinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq problemlərinin həlli istiqamətini zəruri tədbirlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin ikinci hissəsi şəhid ailələri və müharibə əlillərinin də iştirakı ilə qarşılıqlı, dialoq formatında təşkil olundu, onları narahat edən bəzi məsələlər həmçinin təkliflər qeydə alındı.

Tədbir iştirakçıları daha sonra Şəhid Elnur Qarayevin, Röyal Məmmədovun, Amal Alışanlının xatirəsinin əbədiləşdiriləməsi məqsədi ilə inşa edilən xatirə bulağı və xatirə lövhələrini ziyarət etdikdən sonra Şəhidlər Xiyabanı ziyarət etdilər.

Şəhidlər Xiyabanında 1 ci Qarabağ müharibəsi zamanı və atəşkəs dövründə şəhidlik məqamına ucalmış şəhidlərimizin məzar daşlarının yenilənməsi, qəmgin ana abidəsi qonaqlar tərəfində xoş təsuratla qarşılandı, Şəhər İcra Hakimiyyətinin şöbə müdiri, müharibə iştirakçısı Elvin Balayev şəhidlərimizin keçdiyi həyat və döyüş yolu barədə qonaqlara ətraflı məlumat verdi.




Gənc qız dəm qazından BOĞULDUÖtən gün Gəncədə 24 yaşlı qız bədbəxt hadisə nəticəsində həyatını itirib.

Avrasiya.net xəbər verir ki, 1998-ci il təvəllüdlü Elnarə Sadıxova yaşadığı evin hamam otağında dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ölən qızın fotosunu təqdim edirik:
Türk dövlətləri birgə dərman istehsal edə bilər“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin ilkin istiqamətləri kimi düşünülə bilir”.

Bunu “Postpandemiya dövründə qlobal səhiyyəyə yeni yanaşmalar” mövzusuna həsr olunmuş Türk Tibb Dünyası Konqresində Azərbaycan səhiyyə naziri Teymur Musayev bildirib.

“Xüsusən COVID-19 pandemiyası hər bir ölkənin əczaçılıq məhsulları və tibbi avadanlıqlara olan tələbatını tam təmin etməsinin strateji məsələ olduğunu önə çıxardı. Bu baxımdan, Təşkilat çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
İranda güneyli qadın həkim öldürüldüİranda etirazlar zamanı güneyli qadın həkim hökumət qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində həyatını itirib.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, qətlə yetirilən qadın Güney Azərbaycanın Zəngan şəhərindən olan doktor Pərisa Bəhmənidir.
Bakıda 29 il əvvəl törədilmiş qətlin üstü açılıbBaş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən birgə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 29 il əvvəl törədilərək bağlı qalan xüsusilə ağır cinayətin açılması təmin olunub.

Bu barədə hər iki qurumun birgə məlumatında bildirilib.

Belə ki, 26 noyabr 1993-cü il tarixdə Fikrət İbrahimovun yaşadığı mənzilində odlu silahdan açılmış atəş nəticəsində güllə xəsarətləri ilə meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Nərimanov Rayon Prokurorluğu tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib.

Prokurorluq və polis orqanları tərəfindən həyata keçirilən çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilən sübutlarla müəyyən edilib ki, 26 noyabr 1993-cü il tarixdə zərərçəkmişin iş yoldaşı olmuş Nazim Bayramov aralarında yaranan narazılığa görə Fikrət İbrahimovun evinə gedib onunla mübahisə edərkən zərərçəkmişin tapançasını əlindən alıb Fikrət İbrahimovun baş nahiyəsinə atəş açmaqla hadisə yerindən uzaqlaşıb.

28 oktyabr 2022-ci il tarixdə Nazim Bayramova 01.09.2000-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndi (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) və hazırda qüvvədə olan həmin Məcəllənin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Reyestrdən keçməyən media qurumlarına maliyyə yardımı VERİLMƏYƏCƏKBildiyimiz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən ildə iki dəfə media subyektlərinə maliyyə yardımının göstərilməsi məqsədilə müsabiqələr elan edilir. Bu müsabiqələr həm “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın, həm də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bu barədə MEDİA-dan məlumat verilib.

Qeyd olunub ki, müsabiqələrin məqsədi çap mediası və onlayn media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə kömək göstərilməsi, həmçinin Konsepsiyaya uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkil edilməsidir.

“Müsabiqə nəticələrinə əsasən, qalib gəlmiş media subyektlərinə maliyyə yardımının göstərilməsi 6 aylıq dövrü əhatə edir və artıq sonuncu müsabiqə üzrə maliyyələşmə dövrü yekunlaşmaq üzrədir. 2023-cü ilin birinci yarımilliyi üzrə maliyyə yardımının göstərilməsi üçün müsabiqələrin təxminən noyabr ayının ortaları elan edilməsi planlaşdırılır”, - vurğulanıb.

Agentlik media subyektlərinə maliyyə yardımının göstərilməsinə dair müsabiqə qaydalarında hansı yeniliklərin olması məsələsinə də aydınlıq gətirib. Diqqətə çatdırılıb ki, bu il oktyabr ayının 14-də Media Reyestri fəaliyyətə başlayıb və bununla əlaqədar artıq “Media haqqında” Qanunun tələblərinin icrası istiqamətində yeni və mütərəqqi bir mexanizm formalaşıb: “Əlbəttə ki, Reyestrin fəaliyyətə başlaması müsabiqə qaydalarında müəyyən dəyişikliklərin edilməsinə hüquqi əsas yaradıb. Belə ki, qaydalara edilmiş dəyişikliyə əsasən, çap və onlayn media subyektlərinə maliyyə yardımının göstərilməsinə dair müsabiqədə Media Reyestrinə daxil edilmiş media subyektləri iştirak edə biləcəklər”.

O da bildirilib ki, jurnalistlərin Media Reyestrinə daxil edilmək üçün müraciəti könüllü xarakter daşıdığından onlara münasibətdə analoji tələb müəyyənləşdirilməyəcək.
İmran Xanın maşını jurnalisti vurub öldürdüPakistanda yerli televiziya müxbiri Sədəf Naeemi keçmiş baş nazir İmran Xanın avtomobili ilə vurulub.

Hadisə nəticəsində jurnalistin öldüyü bildirilir.

Qəza zamanı maşında İmran Xan da olub. Jurnalist İmran Xanın tərəfdarlarının İslamabada yürüşünü işıqlandırırmış. Hadisədən sonra İmran Xanın rəhbərlik etdiyi qurum yürüşü dayandırıb və keçmiş baş nazir hadisə ilə bağlı başsağlığı verib.