Sizin Reklam Burada

"Zaur Baxşəliyev və xanımı zənglərimə cavab vermədilər..." - Könül Xasıyeva

"Zaur Baxşəliyev və xanımı zənglərimə cavab vermədilər..." - Könül XasıyevaBoğazında bədxassəli şiş aşkarlanan xalq artisti Könül Xasıyeva son vəziyyətindən danışıb.

Könül Xasıyeva Teleqraf.com-a açıqlamasında deyib ki, aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva ona yardım edəcəklərini desələr də sonda zənglərinə cavab verməyiblər: "Hər ikisi özləri mənə mesaj yazdılar ki, yanınızdayıq. Sonra nə qədər zəng etdim, mesaj yazdım, cavab gəlmədi.

Sənət dostlarımdan heç kim kömək etmədi, yalnız Yusif Mustayev dəstək oldu, kartıma 1000 dollar köçürdü. 30 illik rəfiqəm 100 min manat göndərdi. Hazırda 154 minə ehtiyac var. Sənət dostlarımdan kimsə zəng edib, halımı belə xəbər almadı.

Mənə başqa heç kim kömək olmayıb. Yalnız Nazənin, Bahar Lətifova və Vüsalə Əlizadə İnstaqram hesablarında paylaşım etdilər. Çox sağ olsunlar. Gücüm tükənib. Sözsüz, hər şey Allahın əlindədir. Zaur və Günayın "yanınızdayıq" deyib, zəngimə və mesajıma cavab verməməsi məni çox üzdü".

Qeyd edək ki, Könül Xasıyevanın müalicəsi üçün 254 min manata ehtiyacı var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər