Erməni iş adamı özünü ÖLDÜRDÜErməni iş adamı Artyom Aslanyan Moskvada özünü öldürüb. Hadisə “Vorobyevı Qorı” yaşayış kompleksində baş verib.

Modern.az xəbər verir ki, biznesmen ölümündən əvvəl anasına mesaj yazıb. O, çox narahat olduğunu və ümumiyyətlə hər şeydən bezdiyini vurğulayıb.

İlkin ehtimala görə, iş adamı biznes problemi ilə əlaqədar intihar edib.

Qeyd edilib ki, ötən gün Aslanyanın 39 yaşı tamam olub. O, Rusiyada restoran biznesi və qida xidmətləri göstərən 5 şirkətin qurucusudur.
İlham Əliyevlə Putinin görüşü keçirildiOktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin dövlətimizin başçısını qarşıladı.

Sonra birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Rusiya Prezidenti Vladimir Putin dedi:

- Hörmətli İlham Heydər oğlu!

Sağ olun ki, bizə, Soçiyə gəlmisiniz. Əslində, bu görüş Sizin və Ermənistanın baş nazirinin təşəbbüsü ilə, özü də məhz Soçidə təşkil edilib. Görünür, Siz Soçidə havanın yaxşı olacağını nəzərdə tutmusunuz, lakin belə olmadı, payızdır. Bununla belə, mənim fikrimcə, bu görüş əhəmiyyətlidir, vacibdir.

Mən hesab edirəm ki, bu görüşün məqsədi bizim 2020-ci və 2021-ci illərdə nail olduğumuz bütün razılaşmaların yerinə yetirilməsini təmin etməkdir. Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında nəzərəçarpacaq, mühüm rol oynayıb. Hazırda bizim sülhməramlı kontingentimiz öz missiyasını necə yerinə yetirməli idisə, elə də yerinə yetirir. Bu dəyərləndirmənizə görə Sizə təşəkkür edirəm.

Bu gün isə, əlbəttə, bugünkü vəziyyətdə yaranmış şərait barədə danışmaq, hələ həll edilməmiş məsələlərin həlli yollarını axtarmaq lazım gələcək. Bununla əlaqədar mən iqtisadi xarakterli mühüm tərkib hissəni qeyd etmək istərdim: biz üçtərəfli işçi qrupu yaratmışıq, ona baş nazirlərin müavinləri rəhbərlik edirlər. Bizim əvvəllər, hələ iki il bundan qabaq haqqında danışdığımız məsələlərin həlli baxımından onlar kifayət qədər irəliləyiblər. Görünür, burada da əlavə impuls vermək lazımdır. Bilirəm ki, Azərbaycan tərəfi bu istiqamətdə kifayət qədər fəal işləyir.

Gündəlikdəki məsələlərin əhatə dairəsi kifayət qədər genişdir, Sizi görməyə çox şadam. Xoş gəlmisiniz.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Sağ olun, hörmətli Vladimir Vladimiroviç. Dəvətə görə təşəkkür edirəm. Yenidən görüşməyimizə şadam. Biz Sizinlə keçən ayda da, bu ayda da görüşmüşük, ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı qeyd etmək imkanımız olub.

Bugünkü görüş bizim regional məsələlərə həsr edilib. Qarabağ münaqişəsinin nizamlanmasında oynadığınız rola görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib. Əlbəttə, biz bu məsələdə Sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir qədər sonra keçiriləcək bugünkü üçtərəfli görüş bizim ilk görüşümüz olmayacaq. Sizin təşəbbüsünüzlə bu cür görüşlər keçirilib və görürəm ki, normallaşma prosesinə çox yaxşı impuls verib. Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür.

Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da şəxsən Sizin fəal rolunuza və Rusiyanın roluna ümid bəsləyirik. Dəvətə görə bir daha sağ olun.

Prezident Vladimir Putin: Təşəkkür edirəm.



Soçi görüşünün məqsədi budur - PutinBugünkü görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə etdiyimiz bütün razılaşmaların icrasını təmin etməkdir.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Soçidə keçirdiyi görüşdə deyib.

“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında vacib rol oynayıb. Bu qiymətə görə mən sizə minnətdaram. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün əlbəttə ki, mövcud vəziyyətlə bağlı danışmaq lazım olacaq, həll olunmayan məsələlərin həll yollarını axtarmaq gərək olacaq. Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu qeyd etmək istərdim. Onlar bir çox məsələlərin həllində çox irəli gediblər. Görünür burda da əlavə impuls vermək lazım gələcək. Bilirəm ki, Azərbaycan tərəfi bu əsasda aktiv işləyir. Müzakirə edəcəyim məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”, - Putin qeyd edib.
Vətənpərvərlik mövzusunda virtual “Qısa hekayə” müsabiqəsinə yekun vurulub8 Noyabr Zəfər gününə həsr olunmuş vətənpərvərlik mövzusunda virtual “Qısa hekayə” müsabiqəsinə yekun vurulub.

Gənclər və İdman İdarəsi tərəfindən oktyabrın 19-da elan olunan müsabiqə gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətən müharibəsinin və şanlı Zəfərin gənc nəsil arasında təbliği və bədiiləşdirilməsi, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması, gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və istedadların üzə çıxarılması məqsədi daşıyıb.
İştirakçılar tərəfindən müsabiqəyə 49 hekayə təqdim olunub. Müsabiqənin nəticəsinə əsasən Gülbən Əlicanova I, Səid Nəcəfov II, Aynur İbadova III yerə layiq görülüblər.

Fərqlənən hekayələrin müəllifləri:
Nabat Səmədova
İlknur Ağamalıyeva
Sinan Şərifov
Xumar Manaflı
Arzu Əsədova
Nuray Quliyeva
Elvin Paşayev



#Zəfərgünü
#8Noyabr
#Zəfər
#ŞəhidlərÖlməz
#ŞəhidlərimİZ
#VictoriousAzerbaijaniHeroes
#VətənUğrunda
#VətənÜçün
#BizQalibik
#MüzəffərXalqınGəncləri
#QalibKomandan
#DəmirYumruq
#SiyəzənGİİ
#AzərbaycanGəncləri
#Gənclərİdman
#GənclərəDoğru
#AZEyouth
#AZEgənc
#birkimibirlikdə
Zalsburqda gənc azərbaycanlı pianoçunun “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsi təqdim olunubAvstriyanın Zalsburq şəhərində, Zalsburq Azərbaycan Evində respublika və beynəlxalq müsabiqələr Laureatı, Qran-Pri mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü və 26 Oktyabr - Avstriya Respublikasının Milli Günü münasibətilə keçirilən tədbirdə avstriyalı və azərbaycanlı musiqisevərlər, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər. Layihədə milli musiqi əsərləri A. Məmmədli tərəfindən ifa edilib və onların tarixi musiqi dili ilə təqdim olunub.

Gənc pianoçu Ayan Məmmədli bu layihəni hazırlamaqda əsas məqsədinin onu xarici auditoriyalarda təqdim etməklə milli musiqimizi onlara yaxından tanıtmaq, təbliğ etmək və gələcəkdə əcnəbilərlə yeni əməkdaşlıq əlaqələri yaratmaq olduğunu bildirib. Azərbaycan musiqi əsərlərinin təbliği üzrə hazırlanan təqdimatda “Bayatı-Şiraz”, “Laçın”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sarı Gəlin” və “İncə bellim” kimi əsərlər yer alır.

Media Reyestrinə qeydiyyat üçün 667 jurnalist müraciət edibXəbər verildiyi kimi, oktyabrın 14-dən Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) və jurnalistlərin Media Reyestrində qeydiyyatı prosesi başlayıb. Bu proses 2022-ci ilin fevralından qüvvəyə minən “Media haqqında” qanunun tələbi əsasında həyata keçirlir.

Qeydiyyat reyestr.media.gov.az portalında ASAN Login sistemi vasitəsilə həyata keçirilir.


Medianın İnkişaf Agentliyinin (MEDİA) rəsmiləri bildiriblər ki, qeydiyyatdan keçmiş KİV əməkdaşları gələcəkdə güzəştli ipoteka kreditləri və digər imtiyazlar ala biləcəklər.

Modern.az saytının əldə etdiyi məlumata görə, bu günə kimi Media Reyestrində qeydiyyatdan keçmək üçün 667 jurnalist müraciət edib.

Qeydiyyatdan keçmək könüllü xarakter daşıyır. Qeydiyyatdan keçməyən jurnalistlər əvvəlki kimi işləyə, istənilən dövlət orqanlarından sorğularına cavab ala biləcəklər.

Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə jurnalist vəsiqəsi veriləcək. MEDİA tərəfindən verilən jurnalist vəsiqəsi redaksiyanın verdiyi vəsiqəni inkar etməyəcək...
İrandan milyardlar gedir: birja çökürStatistikalar Tehran birjasından kapital axınının sürətləndiyini və birja dəyərinin aşağı düşdüyünü göstərir. Son 10 gündə bu rəqəm 3 milyard 650 milyard tümənə (təxminən 150 milyon dollar) çatıb.

Axar.az xəbər verir ki, Tehran birjasından gündəlik kapital axını oktyabrın sonuna qədər 100 milyard tümən (təxminən 4 milyon dollar) civarında olduğu halda, bu rəqəm şənbə günü 900 milyard tümənə çatıb.

“Exo İran” saytı bazar günü, noyabrın 30-də Tehran birjasından daha 500 milyard tümənin çıxarıldığını bildirib.

Ümumilikdə, son 10 gündə ayrı-ayrı insanlar tərəfindən birjadan 3,650 milyard tümən çıxarılıb.

İran fond bazarı artıq 21-ci gündür ki, sürətli kapital axınının şahidi olur. Ümumi fond bazarı indeksi son bir ayda 92 min bənd aşağı düşüb.

İran İslam Respublikasının dövlət xəbər agentliyi (İRNA) oktyabrın 17-də iqtisadçı ekspert Həmidreza Cəhaniyə istinadən elan edib ki, İranda hazırkı ümummilli etirazlar “investorların qorxusuna, birja indeksinin aşağı düşməsinə və dalğalanmasına səbəb olub”.

Bazar günü bir neçə iri şirkətin səhmlərinin köməyi ilə birjanın ümumi indeksi ardıcıl uzunmüddətli enişdən sonra təqribən 10.000 (bir faizin onda səkkizi) vahid artsa da, birjanın çəkili indeksi yenə də 1000-ə qədər ucuzlaşıb.

İbrahim Rəisi hökuməti son bir neçə gündə Tehran Birjasına dəstək paketi təqdim etsə də, bu, bazardan kapital axınının qarşısını ala bilməyib.

Şənbə günü bir sıra səhm alıcıları Tehran Birjası qarşısında etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, birja indeksinin düşməsi 2019-cu ilin yayında başlayıb.

İqtisadçılar və deputatlar hökuməti insanların vəsaitlərini cəlb etmək üçün indekslə qəsdən manipulyasiya etməkdə ittiham ediblər.

Məclisin İqtisadiyyat Komissiyası ötən ilki hesabatında birja indeksinin aşağı düşməsi nəticəsində xalqın 70 milyard dollar vəsait itirdiyini bildirib.
"İlham Əliyev Azərbaycanın maraqlarını qorumağı bacarır"Bu gün Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Azərbaycan Prezidenti və Ermənistanın baş naziri artıq Soçi şəhərindədirlər.

Dünən isə Azərbaycanın Xankəndi şəhərində erməni separatçılarının mitinqindən görüntülər paylaşıldı. Bu görüntüləri yəqin ki, hamınız görmüsünüz. Hiss olunur ki, dığalar bu mitinqin izdihamlı görünməsi üçün əllərindən gələni ediblər.

Əlbəttə, mitinqin izdihamlı alınmasında Kremlin emissarı sayılan milyarder Ruben Vardanyanın sponsorluğunun da xüsusi rolu olub. Deyilənlərə görə, adam dünən mitinqə gələnlərə pul paylayırmış. Bütün bunlar isə dünənki mitinqin məhz Moskvadan gələn gizli göstəriş əsasında təşkil edildiyi ehtimalının yayılmasına səbəb olub.

Bir çoxları hesab edir ki, Rusiya Xankəndindəki mitinq oyunu ilə əslində Bakıya psixoloji və siyasi təzyiq göstərməyi hədəfləyib. Lakin bu mümkünsüzdür. Bu gün Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. İndiki Azərbaycan 90-cı illərdəki zəif Azərbaycan deyil.
Biz bu gün qalib ölkəyik. Qalib ölkəyə isə heç bir xarici güc nəyisə diktə edə bilməz. Odur ki, biz Soçi görüşünün rəsmi Bakının hədəflərinə uyğun keçəcəyinə əminik. İlham Əliyev Azərbaycanın maraqlarını qorumağı bacarır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Bərdədə kafedə 2 nəfər güllələndiBərdədə kafedə kənd sakini iki nəfəri güllələyib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Balaqəjər kəndində qeydə alınıb.

Kənd sakini 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı ov tüfəngi ilə həmkəndliləri Sərxan Əsədovu və kafenin sahibi Eldar Mamedova ov tüfəngindən atəşə açıb.

Nəticədə ağır yaralanan kənd sakinləri Bərdə rayon mərkəzi xəstəxanasında çatdırılıb.

Hazırda vəziyyətləri ağırdır.

Faktla bağlı araşdırma aparılır.
Gəncədə narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLARAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin (UTECA) akt zalında tələbə və gənclərlə görüş keçirilib.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman komitəsinin üzvü, Gəncədən olan millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Texnologiya Universitetinin ümumi işlər üzrə prorektoru Rauf Bağırov, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rzayeva, UTECA-nın elm və beynəlxalq əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev və digər qonaqlar iştirak ediblər.

100-ə yaxın gəncin, tələbənin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. O, görüşdə səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin, təhlillərin narkomaniya ilə bağlı problemlərin qarşısının alınması baxımından faydalı olacağına əminliyini bildirib.Tədbirin ərsəyə gəlməsində əməyi olanlara, təşkilatçılara, Gəncə İcra Hakimiyyətinə, UTECA-nın rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra çıxış edən millət vəkili Müşfiq Cəfərov qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, ailə institutuna göstərdiyi diqqətdən danışıb. Ölkəmizdə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən deputat narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən asılı olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasını vacib sayan parlament üzvü Gəncədə də bu yöndə işlərin getdiyini xatırladıb.Əlavə edib ki, problemin aradan qaldırılmasında vətəndaşlıq təşəbbüsü göstərmək lazımdır.

UTECA-nın elm və beynəlxalq əlaqələr üzrə müşaviri Mayıs Gülalıyev, Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Rzayeva və digər qonaqlar da problemlə bağlı fikirlərini bölüşüblər, gənclərə müraciət ediblər, təkliflərini səsləndiriblər.Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verən qonaqlar gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açıblar.Ölkənin hər yerində olduğu kimi, Gəncədə də narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd ediblər. Bildirilib ki, problem təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemidir.Narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkilib,“ağ ölüm”ün cəmiyyətimizə vurduğu zərərə nəzər yetirilib.

Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.