star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Kocaelidə “Şuşa 270 il” mövzusunda fərdi rəsm sərgisi açılıb

Kocaelidə “Şuşa 270 il” mövzusunda fərdi rəsm sərgisi açılıbİctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM) və Kocaeli HEYDƏR ƏLİYEV Kültür Evinin təşkilatçılığı, eləcə də Kocaeli Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə Türkiyənin Kocaeli vilayətində azərbaycanlı rəssam Təhminə Əlinin “Şuşa 270 il” mövzusunda fərdi rəsm sərgisi açılıb.

Kocaeli Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində Azərbaycanın “Şuşa İli”nə həsr olunan sərginin oktyabrın 28-də rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Kocaeli Böyükşəhər bələdiyyəsi başqanvəkili Yaşar Çakmak, İSBAM sədri Samir Adıgözəlli, “Heydər Əliyev” Mədəniyyət Evinin rəhbəri Bilal Dündar və digərləri tədbirin Türkiyə-Azərbaycan qardaşlığı üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycanın 44 gün davam edən Vətən müharibəsi nəticəsində otuz ilə yaxın işğal altında olan tarixi torpaqlarını azad etdiyini xatırladan çıxışçılar bu tarixi Qələbəyə gedən yolda Türkiyənin böyük siyasi və mənəvi dəstəyi ilə daim qardaş Azərbaycanın yanında olduğunu vurğulayıblar. Bu da iki qardaş ölkə arasındakı ayrılmaz bağların ən böyük nümunələrindən biridir.

Çıxışçılar Şuşa Bəyannaməsinin iki qardaş ölkə arasındakı tarixi əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi, işğaldan azad edilən ərazilərdə Azərbaycan dövlətinin apardığı bərpa-yenidənqurma işlərini xüsusi vurğulayıblar.

Tədbirdə Türkiyənin Kocaeli üzrə dövlət rəsmiləri iştirak ediblər.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəssam tərəfindən çəkilmiş portreti Türkiyə Prezidentinə təqdim edilmək üçün ölkənin dövlət rəsmilərinə təhvil verilib.

Qeyd edək ki, tədbirlər Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.

İki gün davam edəcək sərgidə rəssamın yağlı boya ilə çəkilmiş ümumilikdə 35 əsəri nümayiş etdirilir.




.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər