Ukraynada 23 gürcü döyüşçü həlak olubUkraynada müharibə zamanı 23 gürcü əsilli döyüşçü həlak olub.

Bu barədə “Georgia News” nəşri məlumat yayıb.

Bildirilib ki, sonuncu həlak olan döyüşçü 40 yaşlı Quqa Qaqnidze olub. O, Ukrayna Silahlı Qüvvələrinin 25-ci Hava Desant Briqadasında xidmət edib. Quqa Qaqnidze Baxmut yaxınlığında döyüşlər zamanı ölüb.

Onun ölümü ilə bağlı məlumatı sosial şəbəkələrdə gürcü döyüşçüləri yayıb. Qeyd olunub ki, bu günədək 23 gürcü əsilli döyüşçü Ukrayna müharibəsinin qurbanı olub.
"Avtoşluq" edib “Tik-Tok”da görüntülərini paylaşan sürücü TUTULDUZaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.
Hərbçi xanımın qətli ilə bağlı rəsmi məlumatOktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Qeyd edək ki, qətli törədən Bəbir Həsənlinin N saylı hərbi hissədə xidmət edən hərbçi - baş leytenant, qətlə yetirilən Zəhra Babayevanın isə həmin hərbi hissədə işləyən qadın hərbi qulluqçu olduğu bildirilir.
Abşeronda maşın ana və oğlunu vuraraq öldürdüAbşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mersedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Ukraynaya kütləvi raket hücumu başladıOktyabrın 31-də səhər saatlarında ruslar Ukrayna ərazisinə çoxlu sayda raket zərbəsi endirib. Bütün bölgələrdə hava xəbərdarlığı elan edilib.

Bu barədə Çerniqov vilayəti hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus Teleqram kanalında yazıb.

“Rusiya raketlərinin kütləvi şəkildə buraxılması ilə bağlı məlumatlar var. Biz hamıdan sığınacaqlarda və ya təhlükəsiz yerdə qalmağı xahiş edirik”, - məlumatda qeyd edilib.
Rusiya sazişdən çıxdı, buğda kəskin bahalaşdıDünya buğda fyuçersləri Rusiyanın Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracına icazə verən sazişdən çıxmasından sonra yüksəlib.

Bu barədə “Blumberq” məlumat yayıb.

“Çikaqoda buğda erkən ticarətdə 7,7% artaraq 8,9325 dollara yüksəlib. Qarğıdalı 2,8%, soya yağı isə 3% bahalaşıb. Ən son tədarük azalması qlobal ərzaq inflyasiyasını artıra bilər. Qiymət artımı davam edərsə, aclıq təhlükəsi daha da artar”, - məlumatda deyilir.
Aİ və Almaniya "Sepah"ı terror təşkilatı kimi tanımağa hazırlaşırİran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) Almaniya və Avropa İttifaqının (Aİ) terror təşkilatları siyahısına salına bilər. “Report” “Iran International”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok danışıb.

Onun sözlərinə görə, Almaniya və Aİ bu məsələni nəzərdən keçirir.

XİN başçısı Birgə Hərtərəfli Fəaliyyət Planının (İran və bir qrup dövlət arasında İranın nüvə proqramı ilə bağlı 5+1 kimi tanınan siyasi razılaşma) bərpası üzrə danışıqların getmədiyini də vurğulayıb.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) 1979-cu ildə İran şiələrinin lideri, ali ayətullah Xomeyninin tərəfdarları olan İslam İnqilabı Komitələrinin hərbiləşdirilmiş dəstələrindən yaradılmış elit hərbi-siyasi birləşmədir. O, İran-İraq müharibəsində, həmçinin “Hizbullah” təşkilatının yaradılmasında fəal iştirak edib. Rəsmi olaraq İran silahlı qüvvələrinin bir hissəsidir.

ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn hakimiyyət orqanları İİKK-nı terror təşkilatı kimi tanıyır.


İran parlamentinin sədri Azərbaycana gəlirİran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı məlumat verib.

İranlı nazir Qalibafın Bakıya nə zaman gələcəyini açıqlamayıb.

Abdullahian səfərin iki ölkənin əlaəqlərinin inkişafında müsbət rol oynayacağını bildirib.
Türkiyə ilə Azərbaycan Avropa və Asiyaya açılan körpüdürTürkiyə ilə Azərbaycan Avropaya, Asiyaya açılan iki körpüdür və strateji hub rolunu oynayır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı oktyabrın 29-da Türkiyənin milli bayramı münasibətilə keçirilən tədbirdə söyləyib.

Diplomat qeyd edib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir".

Səfir bildirib ki, Türkiyə bütün imkanları, özəl və beynəlxalq təcrübəsi ilə bütün sahələrdə Azərbaycanın yanındadır. Cahit Bağçı onu da vurğulayıb ki, Türkiyə və Azərbaycan birlikdə Avropada mövcud olan enerji problemini həll etmək iqtidarındadır.
"Qardaş Türk xalqının və Türkiyənin Cumhuriyyət bayramı mübarək olsun"Dost və qardaş Türkiyənin Cümhuriyyət günü münasibətilə dost və qardaş Türk xalqını və dövlətini səmimi qəlbfən təbrik edir‚ Türk xalqına və dövlətinə əmin-amanlıq‚ firəvanlıq diləyirik. Xalqlarımızın min illərə dayanan dostluğu vardır.

Bu dostluq zamanla qardaşlıq bağları ilə əvəzlənib. Türk xalqı Yəhudi xalqına dost və mənəvi qardaş xalqdır. Və təsadüfi deyildir ki‚ bir çox müsəlman ölkəsindən fərqli olaraq İsraildə Türkiyə Cümhuriyyətinin qurucusu qazi Mustafa Kamal paşa Atatürkün adına verilmiş küçə mövcuddur. İsrail dövləti hər zaman Türkiyəyə dost və qardaş gözündə baxmışdır. İsraildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adına küçə verilməsi‚ İsrailin Türkiyəyə və Türk xalqına olan dostluq və qardaşlığının açıq təzahürüdür. Odur ki‚ hər zaman Türk xalqı ilə bərabər olduğumuzu ifadə edirik.

İnanırıq ki‚ Türk və Yəhudi xalqının dostluğu və qardaşlığı bundan sonra da inkişaf edəcək və dərinləşəcək‚ İsrail dövləti və Türkiyə Cümhuriyyətinin dostluq bağları daha da möhkəmlənəcəkdir. Türkiyə və İsrailin dostluğu nəinki bölgənin‚ hətta bütün dünyanın təhlükəsizliyinə və dünyadakı davamlı sülhə və əmin-amanlığa mühüm töhvədir. Türkiyə və İsrail dövlətinin dostluğu dünyadakı sülh və sabitliyin qorunmasına xidmət edir. Türkiyə Cümhuriyyəti ilə İsrail dövlətinin‚ Türk xalqı ilə Yəhudi xalqının dostluq və qardaşlıq bağlarının daha da sarsılmaz və möhkəm olmasını‚ daha da inkişaf erməsini arzu edirik.

Qardaş Türk xalqının və Türkiyənin Cumhuriyyət bayramı mübarək olsun. Amin.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi